13 Dekabr 2017, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biri kimi son dərəcə əhəmiyyətlidir. Qloballaşan dünyada bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradıb. Xüsusilə son dövrlərdə dövlətimiz tərəfindən bu sahədə bir sıra kompleks tədbirlər həyata keçirilib və keçirilməkdədir. Bunu muxtar respublikamızın timsalında da görmək olar. Belə ki, regionumuzda informasiyalaşdırma sahəsində görülən işlərin bəhrələri göz qabağındadır. Bu istiqamətdə qarşımızda duran əsas vəzifələrdən biri yeni informasiya texnologiyalarının təhsilə vaxtında və səmərəli tətbiq edilməsidir.
Fikrimizcə, kompüter biliklərinin əsası məhz orta məktəbdə qoyulmalıdır. Bu vaxta qədər uşaqların kompüterdən istifadəsi düzgün deyil. Çünki məktəbəqədəryaşlı uşaqların kompüterdən istifadəsi onların sağlamlığı üçün çox təhlükəli ola bilər. Yalnız məktəbdə şagirdlərə bu sahə haqqında məlumat verilməli, onların sərbəst şəkildə kompüterlərdə işləmələrinə şərait yaradılmalıdır.

Xatırlayıram ki, bizim təhsil aldığımız dövrdə məktəbimizdə indiki kimi müasir kompüter avadanlıqları yox idi. Həmin dövrdə kompüteri açıb-bağlamağı bacaran şəxslərə belə, hörmətlə yanaşılırdı. O vaxtla indini müqayisə etsək... Əslində, gəlin heç müqayisə etməyək. Çünki bu müqayisə heç bir şəkildə düzgün olmayacaq. İndi yaradılan şərait, iş yerlərimizə, təhsil müəssisələrinə, mədəniyyət ocaqlarına verilən kompüterlər inkişaf etmiş müasir texnologiyanın son nailiyyətləridir.
Naxçıvanımızda İKT güclü inkişaf yolu keçib. Məktəblərimizdə texnologiya, informatika fənləri tədris edilir. Ən əsası isə tədris olunan fənlər, sadəcə, tədris olunmur, praktik əhəmiyyətli təcrübələrə geniş yer verilir. Hal-hazırda Naxçıvanın ən ucqar kəndinin məktəbində belə, son model bilgisayarlarla təchiz edilmiş kompüter otaqları mövcuddur. Məktəblərdə tam ixtisaslı kadrlar bu fənni tədris edirlər. Universitetlərimizin İnformasiya texnologiyaları ixtisasını hər il çox sayda tələbə bitirir. Bu isə İKT sahəsinə olan marağın ən bariz nümunəsidir. Ümumtəhsil məktəblərində 3700 kompüter, 600-dən çox elektron lövhə vardır. Məktəblərdə interaktiv tədris metodlarından istifadə olunur, elektron və distant təhsil tətbiq edilir. Təhsil müəssisələri ilə muzeylər arasında yaradılan interaktiv əlaqələr son illərin mühüm nailiyyətlərindəndir.
XXI əsr yüksək kompüter texnologiyaları əsridir. Bu əsrin təlim metodu ənənəvi təlim prosesindən fərqlənir. Kompüter və elektron texnologiyalar həyatımızın böyük bir hissəsini təşkil edir. Kompüteri bilməyən üçün təhsil almaq, elmi yaradıcılıqla məşğul olmaq çox çətindir. İndi İKT yalnız təhsil prosesini təmin edən üsul deyil. İKT məktəblinin müstəqil qavrama qabiliyyətini gücləndirmək üçün yeni imkanlar açır.
Məktəblərdə istifadə olunan elektron lövhələr də tədrisin inkişafında əhəmiyyətli rola malikdir. Elektron lövhə adi lövhə, hətta proyektor qoşulmuş kompüterlə müqayisədə bir sıra üstünlüklərə malikdir. Elektron lövhə müəllimə bir çox illüstrativ vasitələrdən (şəkil, xəritə, video və sair) geniş istifadə imkanı verir. Bu da şagirdlərin tədris materiallarını daha yaxşı mənimsəmələrinə kömək edir. Çoxlu sayda funksiyalara malik olan interaktiv elektron lövhə həm müəllimlərin, həm də şagirdlərin yaradıcılıq potensialının daha da artırılmasına şərait yaradır. Eyni zamanda keçilən dərslərdə elektron lövhələrdən istifadə edilməsi müasir texnologiyaların tətbiqi ilə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir. Elektron lövhə ilə aparılan dərslər uşaqlar üçün çox cəlb­edici və yaddaqalan olur. Multimedia vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompüter tədris proqramları, animasiya qrafikası, rəngarəng illüstrasiyalar uşaqların idrak aktivliyinə müsbət təsir göstərir və nəticə etibarilə, şagirdlərin olimpiadalarda, müxtəlif intellektual yarışlarda göstərdikləri nəticələrin keyfiyyəti xeyli artır.
“Ağıllı” lövhə kompüterə qoşulan mikroskop, skaner, rəqəmli foto­aparat, videokamera və sair qurğulardan alınan təsvirləri də proyektor vasitəsilə qəbul edə bilir ki, bu da məktəblərdə virtual laboratoriyaların təşkilində mühüm əhəmiyyətə malikdir. Elektron lövhənin tətbiqi ilə şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini ekranda izləyə bilirlər. Bu isə tədrisi xeyli canlandırır, uşaqların yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq, tədris materialını dərindən dərketmə qabiliyyətini daha da artırır.
Hazırda təhsil sisteminin informasiyalaşdırılmasında əsas diqqət elektron təhsil resurslarının hazırlanmasıdır. Bəs elektron təhsil resursları (ETR) nədir?
Elektron təhsil resursları dedikdə tədris məzmunlu elektron forma nəzərdə tutulur ki, onları da səsləndirmək üçün müxtəlif elektron mexanizm və maşınlardan istifadə edilir. Ən müasir tədris resursları kompüterlərdə hazırlanır. ETR adi dərslikdən fərqlənir və onun interaktivliyi şagirdin müstəqil işləməsini təmin edir. Elektron təhsil resurslarını üç qrupa – mətn, tekstoqrafik və multimedia xarakterli resurslara ayırmaq olar. Mətn xarakterli ETR, əsasən, mətndən ibarət olur, mühazirə xarakteri daşıyır və internetdə yerləşdirmək mümkündür. Tekstoqrafik xarakterli ETR-in mətn və daxilində cədvəllər, diaqramlar, multimedia xarakterli ETR-in tərkibində video, animasiya, audio, məzmun və interaktiv üsul ola bilər. Elektron təhsil resursları dedikdə təkcə CD-lərdə olan və müəllimin kompüterdə hazırladığı resurslar nəzərdə tutulmur, bura internet tədris resursları da daxildir. İnternet təhsil sahəsində də böyük imkanlar yaradır. Tədris prosesində internetin rolu və yerini düzgün müəyyən etmək olduqca vacibdir. Bu məsuliyyətli iş fənn müəllimlərinin üzərinə düşür. Tədris internet resurslarının əksəriyyəti heç bir yoxlamadan keçmir, tədrisə uyğun olan materialların seçilməsində hətta müəllimlər üçün də çətinlik yaradır. Bu problemi həll etmək üçün müəllim peşəkar olmalıdır. O, materialları təhlil edib şagirdlərinə məsləhət görməyi bacarmalıdır. İnternetdən səmərəli istifadə zamanı şagird yazı bacarığı, söz ehtiyatı, tez ünsiyyətə girmək və lazımi formada ünsiyyət qurmaq, qarşısındakını dinləmək və sair kimi müsbət keyfiyyət və vərdişlərə yiyələnə bilər.
Muxtar respublikada elektron resursların təhsildə tətbiqi üçün lazımi şərait yaradılıb. Bütün təhsil ocaqlarında yaradılan kompüter sinifləri, istifadəyə verilən elektron lövhələr elektron təhsil resurslarının tətbiqinə imkan verir. Sevindirici haldır ki, məktəblərdə elektron təhsil resurslarından, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə olunur və bu da öz bəhrəsini verir.

Nərgiz İsmayılova

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5651505
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1258
17035
34957
197396
5651505

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter