11 Dekabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsi də fəaliyyət göstərir. Fakültənin yerləşdiyi korpus 2007-ci ildə ali məktəbin 40 illik yubileyi ərəfəsində istifadəyə verilib. Burada kafedraların normal fəaliyyəti, yüksək səviyyəli mütəxəssis hazır­lığı üçün hər cür şərait yaradılıb, 240 nəfərlik konsert salonu, müxtəlif musiqi ixtisasları və alətləri üzrə siniflər, müvafiq mühazirə otaqları müəllim və tələbələrin istifadəsinə verilib.
Bu təhsil ocağının gənclərin musiqi tərbiyəsində, muxtar respublikamız üçün istedadlı musiqiçilər yetişdirilməsində mühüm rolu vardır. Milli, eləcə də dünya klassik musiqisini özünəməxsus şəkildə tələbələrə tədris edən, onun sirlərini gələcək nəsillərə çatdıran İncəsənət fakültəsi ötən illər ərzində uğurlu bir yol keçib.
Hazırda fakültədə Bəstəkarlıq, Musiqişünaslıq, Solo, Xalq çalğı alətləri, Simli alətlər kafedraları fəaliyyət göstərir. Müəllimlərdən Aynur Məmmədova, Samirə Hüseynova, Rumiyə Qasımova, Yaşar Xəlilov və yüksək peşə hazırlığı ilə seçilən digər müəllimlər əzmlə çalışaraq gənclərə incəsənətin sirlərini öyrətməyə çalışırlar. Onlar bir həqiqəti yaxşı dərk edirlər ki, bura gənclər üçün sənət yollarına atılan addımların başlanğıcıdır.

Buranın məzunlarının sonradan musiqini özünə sənət seçib-seçməyəcəyindən asılı olmayaraq, musiqi onların estetik tərbiyəsində, dünyagörüşünün genişləndirilməsində böyük rol oynayır. Əgər musiqi müəllimi az-çox istedadlı tələbəyə musiqini qavramaq, duymaq qabiliyyətini aşılaya bilirsə, bununla o, gələcək nəslin estetik zövqünün formalaşmasına xidmət göstərmiş olur. Buna görə də müəllimlər öz tələbələrinin istedadlarının üzə çıxması və inkişafı üçün əllərindən gələni əsirgəmirlər.
Yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən müəllimlərin təşəbbüsü ilə ötən il burada bir sıra tədbirlər keçirilib. Fakültədə yaradılmış orkestrin bu tədbirlərdə fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Bundan başqa, İncəsənət fakültəsində ildə bir dəfə hesabat konserti keçirilir, muxtar respublikanın aparıcı incəsənət ocaqlarından bu konsertə nümayəndələr dəvət olunur, onların fikirləri öyrənilir, burada müxtəlif incəsənət adamlarının yubiley tədbirləri də yüksək təşkilatçılığı və səviyyəsi ilə yadda qalır. Belə tədbirlər artıq ənənə halını alıb və bütün bunların musiqi sənətimizin yüksək səviyyədə təbliğində və xalqa çatdırılmasında böyük əhəmiyyəti vardır. İncəsənət fakültəsinin müəllim və tələbə heyəti muxtar respublikanın müxtəlif mədəniyyət müəssisələrində keçirilən tədbirlərdə, konsertlərdə, tamaşalarda, rəsm sərgilərində iştirak edirlər. Çox sevindirici haldır ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tələbələrin tez-tez müraciət etdiyi sənət məbədlərindən birinə çevrilib. Tələbələr tez-tez muxtar respublikanın qocaman musiqişünasları, musiqiçiləri qarşısında öz istedadlarını nümayiş etdirir, onların fikirləri öyrənilir. Bu da gələcəkdə yaxşı, professional bir musiqiçi olmaq baxımından çox faydalıdır.
Onu da qeyd edək ki, İncəsənət fakültəsi fəaliyyət göstərdiyi müddətdə müəllim kollektivi gənc müəllim qüvvəsi hesabına genişlənib. Onlar arasında fakültənin məzunları üstünlük təşkil edirlər. Bu da tələbələri daha da ruhlandırır, onları daha yaxşı oxumağa sövq edir. Tələbələr üçün bu prosesin faydalarından biri də budur ki, böyük iş təcrübəsi olan bacarıqlı müəllimlərlə istedadlı gənc müəllimlərin birgə səyi nəticəsində qabiliyyətli tələbələr üzə çıxarılır, onlarla çox ciddi hazırlıq işləri aparılır.
Fərəhlə qeyd etmək olar ki, muxtar respublikamızda fəaliyyət göstərən onlarla musiqi təhsili müəssisəsi arasında Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin öz yeri vardır. Əminliklə demək olar ki, bu təhsil ocağı bundan sonra da yeni-yeni uğurlar qazanaraq musiqi mədəniyyətimizə layiqli töhfələr bəxş edəcək.

Fatma Babayeva
Naxçıvan Dövlət Universitetinin
İncəsənət fakültəsinin tələbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5630926
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14378
18377
14378
176817
5630926

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter