24 Yanvar 2017, Çərşənbə axşamı

ARXİV

Yanvar 2016
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyevanın Naxçıvan dialektinin frazeologiyasına həsr olunmuş “Naxçıvan dialektinin frazeologiyası” monoqrafiyası Almaniyada rus dilində çapdan çıxmışdır.
Almaniyanın “Lambert” nəşriyyatı tərəfindən çap edilən kitabda Naxçıvan dialektinin frazeologiyası tədqiqata cəlb olunmuşdur. Frazeologiya dilin ən az tədqiq olunmuş sahələrindən biridir. Ümumxalq dilinin frazeologiyası isə, demək olar ki, tədqiqata cəlb olunmamışdır. Bu günə qədər dialektologiyaya aid yazılmış əsərlərdə bu sahəyə toxunulmamış, dialekt və şivələrimizin frazeologiyası öyrənilməmişdir. Kitabda ilk dəfə olaraq Naxçıvan dialektinin frazeologiyasından bəhs edilir. Naxçıvan bölgəsinin dialekt və şivələri frazeoloji vahidlərlə zəngindir. Burada ədəbi dilimizdə işlənməyən, ya da fərqli şəkildə işlənən maraqlı frazeoloji vahidlər vardır ki, onlar uzun əsrlərin məhsuludur və aid olduğu ərazinin şəraiti, adət-ənənələri, burada yaşayan insanların məşğuliyyətini özündə əks etdirməklə regionun tarixi haqqında da bizdə aydın təsəvvür yaradır. Kitabda Naxçıvanın ayrı-ayrı rayonlarından frazeoloji vahidlər – idiomlar, ibarələr, atalar sözləri və zərbi-məsəllər toplanaraq tədqiqata cəlb olunmuşdur. Burada sabit birləşmələrin modelləri ayrı-ayrılıqda təhlil olunmuş, onların hər birinə aid dialekt materialları verilmiş, yeri gəldikcə Azərbaycan dilinin digər dialekt və şivələri ilə, qədim yazılı abidələrlə müqayisələr də aparılmışdır.

Bu cür vahidlər obrazlılıq xüsusiyyətinə malik olduğu üçün uzun əsrlər boyu xalqın dilində öz mənasını itirmədən yaşaya bilir. Burada elə sözlər birləşir ki, onları bir-birindən ayırmaq, başqası ilə əvəz etmək, hər bir sözü müstəqim mənada düşünmək olmur. Ədəbi dilin inkişafı, bədii üslubun daha təsirli olmasına kömək etmək üçün dialekt və şivələrdən frazeoloji vahidlərin – sabit söz birləşmələrinin toplanması və öyrənilməsinin çox böyük əhəmiyyəti vardır. Naxçıvan dialektində işlənən fra­­ze­oloji vahidlər çox zəngin və rəngarəng üslubi imkanlara malikdir. Buradakı yüksək milli koloritə malik sabit birləşmələr, dərinmənalı atalar sözləri, müdrik məsəllər, gözəl ibarələr Azərbaycan dilinin, o cümlədən dialekt və şivələrimizin son dərəcə zəngin bədii və obrazlı fondunu təşkil edir.
Naxçıvan dialektinin lüğət tərkibindəki frаzеоlоji vаhidlər Azərbaycan хаlqının tаriхi, аdət-ənənəsi, psiхоlоgiyаsı və düşüncə tərzinin ifаdəçisi оlduğundаn bu vаhidlərin linqvistik аrаşdırılmаsı, nəticədə, хаlqımızın tаriх və еtnоqrаfiyаsının, həyаt və yаşаyış tərzinin öyrənilməsinə gətirib çıхаrır.
Əsərin rus dilində nəşr olunması təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da dilimizin təbliği işində böyük əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, ictimai inkişafın yüksək pilləsində olan dillər məcazi mənalı sözlərlə zəngin olur, o zaman burada verilən nümunələr Azərbaycan dilinin qədimliyini, zənginliyini bir daha sübut edir. Kitab tədqiqatçılar, tələbələr üçün dəyərli elmi mənbədir, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Nigar Sadıqzadə
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

778859
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3061
7339
10400
243275
778859

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter