27 İyun 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Müsahibimiz AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir

– İsmayıl müəllim, artıq 2015-ci ili yola saldıq. Ötən il muxtar respublika hansı əlamətdar hadisələrlə yadda qal­dı? İstərdim söhbətimizə buradan başlayaq.
– 2015-ci il həm ölkəmizin, həm də muxtar respublikamızın həyatına uğurlu bir il kimi daxil olmuşdur. Baxmayaraq ki, dünyada çox mürəkkəb hadisələr baş verir, iri dövlətlər öz maraqlarına üstünlük verdiyindən obyektiv mövqe tutmur, ikili siyasət aparırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş, ölçülüb-biçilmiş siyasəti və qətiyyətli mövqeyi respublikamızın hərtərəfli inkişafını təmin etmişdir. Muxtar respublikamız da bu inkişafdan kənarda qalmamış, sosial-iqtisadi cəhətdən sürətlə inkişaf edən bir diyara çevrilmişdir.
2015-ci il muxtar respublikamız üçün də əlamətdar hadisələrlə yadda qalmışdır. Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər azad, demokratik və şəffaf şəraitdə keçirilmiş, ölkəmizin və muxtar respublikamızın ən dəyərli övladları bu seçkilərdə qalib gəlmişlər.

Ən yaddaqalan hadisələrdən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 dekabr 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına növbəti səfəri idi. Dövlət başçısı səfər çərçivəsində bir sıra sosial və iqtisadi obyektlərin açılışında iştirak etmiş, Naxçıvanda görülmüş işlərə yüksək qiymət vermişdir.
– AMEA Naxçıvan Bölməsinin 2015-ci il ərzindəki elmi-təşkilati fəaliyyəti barədə məlumat verməyi xahiş edirik.
– AMEA Naxçıvan Bölməsi təsdiq olunmuş plan əsasında elmi-tədqiqat işlərini davam etdirmişdir. 2015-ci ildə 32 işin 86 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulmuşdu. İl ərzində AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 11 iclası keçirilmiş, 60 qərar və 6 sərəncam qəbul edilmişdir. İşimizi təsdiq olunmuş iş planına uyğun qurmuş, planda göstərilən vəzifələri yerinə yetirməyə çalışmışıq.
Hesabat ilində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclaslarından biri muxtar respublikamızda keçirilmiş, tədbir çərçivəsində AMEA Naxçıvan Bölməsində Distant Təhsil Mərkəzinin açılışı olmuşdur.
AMEA Naxçıvan Bölməsinin əməkdaşları apardıqları elmi tədqiqatları reallaşdırmış, kitab, monoqrafiya və elmi məqalələr şəklində nəşr etdirmişlər. Ötən il elmi əməkdaşların 571 əsəri, o cümlədən 13 monoqrafiyası, 5 kitabı, 2 metodik vəsaiti, 523 elmi məqaləsi, 28 tezisi nəşr edilmiş, 3 patent alınmışdır. Əsərlərdən 158-i xarici ölkələrin elmi nəşrlərində çap edilmişdir. Son beş ildə 46 məqalə impakt faktorlu jurnallarda çıxmışdır ki, bunun 24-ü ötən ilə aiddir. Bu, çox mühüm nəticədir, yəni tədqiqatların bir qismi beynəlxalq səviyyədədir. Nəşrlər arasında ən böyük uğurumuz Ali Məclis Sədrinin Sərəncamı ilə çoxcildli “Naxçıvan tarixi”nin tamamlanması, yəni üçüncü cildin nəşr olunmasıdır.
2015-ci ildə əvvəlki illərdə olduğu kimi, ən çox diqqət yetirilən məsələlərdən biri yüksək­ixtisaslı elmi kadrların hazırlanmasıdır. Düzdür, bu sahədə hələ də lazımi nəticə əldə edə bilmə­mişik. Bununla belə, 2015-ci ildə 1 nəfər elmlər doktoru, 5 nəfər fəlsəfə doktoru dissertasiyası müdafiə etmiş, bir neçə nəfər doktoranturaya qəbul olunmuş, dissertant kimi fəaliyyət göstərmiş, 7 nəfər dosent elmi adını almışdır.
Beləliklə, bölməmizdə elmi işçilərin 72 faizinin elmi dərəcəsi və elmi adı olmuşdur. Bunlar arasında 2 akademik, 6 müxbir üzv, 4 elmlər doktoru, 50 nəfərə yaxın fəlsəfə doktoru vardır.
Kadr hazırlığında bölmədə fəaliyyət göstərən dissertasiya şuralarının da mühüm rolu olmuşdur. Bu şuralarda 3 ixtisas üzrə fəlsəfə və elmlər doktoru, 2 ixtisas üzrə isə fəlsəfə doktoru dissertasiyaları müdafiə edilir.
Elmi əməkdaşlarımızın beynəlxalq, respublika və muxtar respublika səviyyəli simpozium, konfrans və tədbirlərdə iştirakı da qənaətbəxşdir. Ötən il 59 əməkdaşımız 33 beynəlxalq tədbirdə iştirak etmişdir.
Əməkdaşlarımız Elm Fondunun keçirdiyi Qrand müsabiqələrində də qalib gəlmişlər. 2015-ci ildə elmi əməkdaşlarımız üç layihənin qalibi olmuşlar. Fərəh doğurası haldır ki, onlar arasında gənc tədqiqatçılar da vardır.
Ötən il əməkdaşlarımız ən yüksək fəxri adlara və mükafatlara layiq görülmüşlər. Bütün bunlar elm sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir.
– Ötən il institutlar üzrə elm sahəsində əldə edilən yeniliklər nədən ibarətdir?
– Təbii ki, qazanılan uğurlar, əldə edilən nailiyyətlər elmi-tədqiqat institutlarında çalışan elmi işçilərin məhsuldar fəaliyyətinin nəticəsində mümkün olur. Tarix və arxeologiya sahəsindəki yeniliklərdən yuxarıda bəhs etdik. İlk dəfə olaraq 3 cildlik “Naxçıvan tarixi” tamamlanmış, I Kültəpə və Qızqalada Naxçıvan tarixi ilə bağlı mühüm yeniliklər əldə olunmuşdur. “Naxçıvan dialektlərinin frazeologiyası” monoqrafiyası Almaniyada rus dilində nəşr edilmişdir. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşlarının iştirakı ilə “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” 4 dildə işıq üzü görmüşdür. Naxçıvanın bütün təbii sularını əhatə edən ilk monoqrafiya – “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri” adlı kitab çap olunmuşdur. Bioresurslar İnstitutunun əməkdaşlarının iştirakı ilə Farmakoqnoziyaya və Şahbuz Dövlət Təbiət Qoruğunun florasına aid ümumiləşdirici əsərlər hazırlanmışdır. Naxçıvan Muxtar Respublikasının herpetefaunasına aid ilk kitab elmi ictimaiyyətə təqdim olunmuşdur. Qeyd edə bilərik ki, elmi-tədqiqat institutlarında aparılan tədqiqatlar nəticəsində 11 mühüm nəticə əldə edilmişdir. Həmin nəticələr 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının mühüm nəticələrinə daxil edilmək üçün təqdim olunmuşdur.
– 2015-ci ildə arxeoloji qazıntılar və qədim əlyazmalar əsasında hansı tarixi faktlar üzə çıxarılıb?
– AMEA Naxçıvan Bölməsi fəaliyyət göstərdiyi 2003-cü ildən arxeoloji qazıntı işləri ilə məşğul olur. 2006-cı ildən isə beynəlxalq arxeoloji ekspedisiya fəaliyyət göstərir ki, bu ekspedisiyanın tərkibində Azərbaycan arxe­oloqları ilə yanaşı, ABŞ, Fransa, Türkiyə, Macarıstan və başqa ölkələrin arxeoloqları da çalışırlar. 2015-ci ildə arxeoloji qazıntılar I Kültəpə, Qızqala, Xarabagilan, Şorsu, Zirinclik abidələrində aparılmışdır. I Kültəpə abidəsində vaxtı ilə qazıntılar aparılmış və bu abidənin e.ə. VI minilliyə aid olduğu göstərilmişdir. I Kültəpə Cənubi Qafqazda Neolit və Eneolit mədəniyyətinin ən qədim abidələrindən biridir. 2013-2014-cü illərdə, xüsusilə 2015-ci ildə burada aparılan tədqiqatlar abidənin e.ə. VII minilliyə aid olmasını sübut etmişdir. Bu faktın özü I Kültəpə abidəsinin Neolit dövrünə aid olduğunu təsdiq edir.
İkinci bir tarixi fakt Şərur rayonunun Dizə kəndi yaxınlığında yerləşən Qızqala yaşayış yerində aparılan araşdırmalar zamanı dəqiqləşdirilmişdir. Orta Tunc dövrünə (e.ə.III-II minillik) aid olan Qızqala yaşayış yerindən boyalı qablar aşkar edilmiş və bunlar Orta Tunc dövrü mədəniyyətinin Naxçıvanla bağlı olduğunu sübuta yetirmişdir. Qızqala yaşayış yerində müdafiə divarları aşkar edilmişdir ki, bu da Orta Tunc dövründə Naxçıvanda hərbi potensiala malik olan tayfaların yerləşdiyini təsdiqləyir. Arxeoloqların fikrincə, Qızqala Naxçıvanda I Kültəpə, II Kültəpə və Qızılburundan sonra dördüncü mühüm abidədir.
Göründüyü kimi, arxeoloji tədqiqatlar əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də yeni faktların aşkara çıxarılması ilə diqqəti cəlb edir. Qızqala yaşayış yerinin tarixi əhəmiyyəti diqqəti cəlb etdiyindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2015-ci il iyulun 27-də Qızqala və Ovçular təpəsi abidələri ilə tanış olmuş, öz tövsiyə və tapşırıqlarını vermişdir.
Əlyazmalara gəldikdə isə bu sahədə də maraqlı və əhəmiyyətli faktlar aşkar edilmişdir. Son illərdə əldə olunan qədim kitablar və əlyazmalar hesabına burada 457 belə materiallar qorunur və onların bir hissəsi tədqiq edilir. 2015-ci ildə 6 əlyazma əldə edə bilmişik. Məhəmməd Naxçıvaninin Təbriz Milli Kitabxanasında olan 2 cildlik kataloqunu əldə etmiş, onun I cildini tərcümə edərək kitab şəklində çapına nail olmuşuq. 2015-ci ildə Əlyazmalar Fondunda qorunan Hatif İsfahaninin (Ordubadlı) “Tibbinamə” əsəri tərcümə və şərhlərlə çap edilmişdir. Kitabda müxtəlif xəstəliklər və bu xəstəliklərin müalicəsində istifadə olunan dərmanlar, yeməklər, içkilər haqqında geniş məlumat verilir.
– Bəs Naxçıvanın dövlətçilik tarixi ilə bağlı hansı elmi tədqiqatlar aparılıb?
– Məlumdur ki, Naxçıvan diyarı qədim mədəniyyəti, dövlətçilik ənənələri ilə seçilmiş, dünyanın sivilizasiya mərkəzlərindən biri olmuşdur. Naxçıvanın Azərbaycanın dövlətçilik tarixindəki rolu istiqamətində tədqiqat işləri aparılmış və bununla bağlı bir neçə elmi məqalə nəşr edilmişdir. “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı monoqrafiya hazır­lanmış və 2016-cı ilin nəşr planına daxil edilmişdir. Naxçıvan xanlığı ilə bağlı tədqiqat işləri davam edir. XX əsrin əvvəllərində Naxçıvan diyarının ictimai-siyasi vəziyyəti araşdırılır, Araz-Türk Respublikasının tarixi ilə bağlı kitab üzərində işlənilir. Naxçıvan Muxtar Respublikasının keçdiyi tarixi inkişaf yolu, qəbul edilmiş konstitusiyalar, müstəqillik illərindəki inkişaf istiqamətində tədqiqatlar aparılır.
– Ötən il Naxçıvanda keçirilən beynəlxalq simpozium hansı yeniliklərlə yadda qaldı?
– 2014-cü il iyulun əvvəlində keçirilən “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” beynəlxalq konfransın materialları 2015-ci ildə toplu halında çapdan çıxmışdır. Bu konfrans Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr edilmişdi.
Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalamışdır. Həmin sərəncamın Naxçıvan Muxtar Respublikasında icrası ilə bağlı Ali Məclis Sədrinin sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, “Naxçıvanda Dədə Qorqud” beynəlxalq simpoziumu keçirilmişdir. Simpoziumun plenar və bölmə iclaslarında 50-yə qədər məruzə dinlənilmişdir. Məruzələrdə “Kitabi-Dədə Qorqud” dastanı müxtəlif istiqamətlərdə təqdim edilməklə yanaşı, “Kitabi-Dədə Qorqud” dastanı və onun Naxçıvanla bağlılığı”, “Dədə Qorqud” dastanında Naxçıvan toponimləri”, “Culfa şivələrində işlənilən bir sıra arxaik leksik vahidlərin “Kitabi-Dədə Qorqud” dastanlarında əksi”, “XII-XIII əsrlər Naxçıvan tarixi coğrafiyasında “Kitabi-Dədə Qorqud” izləri”, “Naxçıvan və “Kitabi-Dədə Qorqud” toponimikasında etnoloji bağlar sistemi” və başqa bu kimi mövzular öz əksini tapmışdı. Təbii ki, bu məruzələrdə Naxçıvanın tarixi, dilimiz və mədəniyyətimizlə bağlı bir sıra dəqiqləşmələr, yeni faktlar ortaya çıxmışdır.
– AMEA Naxçıvan Bölməsinin gələcək planları haqqında nə deyə bilərsiniz?
– Bu günlərdə AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat müəssisələrində 2016-cı ildə və 2016-2020-ci illərdə aparılacaq elmi-tədqiqat işləri geniş müzakirə edilmişdir. Təbii ki, seçilən mövzuların tam əksəriyyəti Naxçıvanın tarixi, mədəni mühiti, təbii ehtiyatları, biomüxtəlifliyi ilə əlaqədardır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin son illərdə Naxçıvanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri ilə bağlı verdiyi sərəncamlar bizim vəzifələrimizi müəyyən etmişdir. Xüsusilə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 11 fevral 2014-cü il və “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” 2015-ci il 7 oktyabr tarixli sərəncamlar həmin abidə və türbə haqqında tədqiqat işlərini genişləndirməyi tələb edir.
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında Naxçıvanın tarixi, etnoqrafiyası, folkloru, təbii sərvətlərinin öyrənilməsi istiqamətində elmi-tədqiqatların davam etdirilməsi, ümumiləşdirici əsərlərin yazılmasının təmin edilməsi vəzifələri qarşımıza qoyulmuşdur. Bu, bizim fəaliyyətimizi istiqamətləndirmişdir. Əməkdaşlarımız qeyd olunan istiqamətlərdə, eləcə də AMEA Naxçıvan Bölməsinin şöbə və laboratoriyalarında müəyyən edilmiş elmi istiqamətlərdə fəaliyyətlərini daha əzmlə davam etdirəcəklər.

Müsahibəni hazırladı:
Sara Əzimova

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3031054
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11119
15326
26445
466521
3031054

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter