15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Filologiya elmləri doktoru, əməkdar elm xadimi Hüseyn Həşimli iyirminci əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və mətbuatı­nın unudulmuş səhifələri barədə çoxsaylı kitab və məqalələrin müəllifidir. Onun bu istiqamətdəki tədqiqatları sırasında doğma Naxçıvanımızın yetirməsi olan bir sıra ədiblərin yaradıcılığının ilk dəfə sistemli şəkildə araşdırılması da özünəməxsus yer tutur. Alimin bu yaxınlarda “Elm və təhsil” nəşriyyatında çap olunmuş iki yeni kitabı onun həmin sahədəki səmərəli tədqiqatlarının davamı və uğurlu bəhrəsi kimi maraq doğurur.

Kitablardan biri “Məmmədəli Sidqi və “Şeypur” jurnalı” adlanır. Adıçəkilən Məmmədəli Sidqi (1888-1956) məşhur maarifçi, həmyerlimiz Məhəmməd Tağı Sidqinin oğludur. Ötən əsrin birinci yarısında Azərbaycanda maarif, ədəbiyyat, mətbuat, teatr və sair sahələrdə ciddi, mühüm xidmətlər göstərmiş Məmmədəli Sidqinin çoxşaxəli fəaliyyəti, təəssüf ki, indiyədək öyrənilməmiş, yalnız tək-tək müəlliflər onun haqqında qısa fikirlər söyləmişlər. Hüseyn Həşimli görkəmli həmyerlimiz haqqında uzun müddət araşdırma aparmış, onun həyat və yaradıcılığı barədə bitkin təsəvvür yaradan kitab yazmışdır. Kitabın “Məmmədəli Sidqinin ömür yolu və fəaliyyətinin əsas yönləri” adlı ilk fəslində tədqiqatçı ötən əsrin ilk onilliklərinə aid çoxsaylı dövri mətbuat və arxiv materialları əsasında bu istedadlı ziyalının həyat və yaradıcılığının başlıca mərhələ və istiqamətlərini incələmiş, onun Naxçıvan, Bakı və Aşqabaddakı pedaqoji fəaliyyəti, ötən əsrin ilk onilliklərində “Həyat”, “İrşad”, “Molla Nəsrəddin”, “İqbal”, “Sovqat”, “Bəsirət”, “Tazə xəbər”, “Sədayi-həqq”, “Sədayi-vətən”, “Həqiqət”, “Babayi-Əmir”, “Azərbaycan”, “Zənbur” kimi digər qəzet və jurnallarda “Zadə”, “Rizə”, “Əfi”, “Bekar”, “Qəmiş”, “Bir naxoş”, “Kabla Kövsər”, “Kərtənkələ”, “Kəzbi”, “Lavaş” və digər imzalarla dərc etdirdiyi çoxsaylı bədii və publisistik yazıların əsas məğzinə, ideya-bədii məziyyətlərinə nəzər salmış, onların bir qismini ilk dəfə təhlilə cəlb etmişdir.

M.Sidqinin bədii yaradıcılığı, teatr sahəsində fəaliyyəti də çoxsaylı qaynaqlar əsasında işıqlandırılmışdır. Kitabın ikinci və üçüncü fəsilləri isə Məmmədəli Sidqinin redaktorluğu ilə Bakıda 1918-1919-cu illərdə çıxmış “Şeypur” jurnalına həsr olunmuşdur. O illərdə Azərbaycanın yenidən işğalına çalışan bolşeviklərin, torpaqlarımıza basqınlar edib qanlar tökən ermənilərin mənfur simasını ifşa edən bu jurnal sovet dövründə “əksinqilabi ruhlu” mətbuat orqanı sayılaraq diqqətdən kənarda qalmış, son vaxtlarda isə onun haqqında yalnız bəzi qısa mülahizələr söylənilmişdir. H.Həşimli ilk dəfə əhatəli araşdırma aparmış, jurnal barədə bir sıra məsələləri dəqiqləşdirmişdir. Xüsusən jurnaldakı “Şeypur” imzasının şair-publisist Səməd Mənsura deyil, Məmmədəli Sidqiyə mənsubluğu sübuta yetirilmişdir. Üçüncü fəsildə M.Sidqinin “Şeypur”da çıxmış məqalə və felyetonları ilk dəfə özünün elmi tədqiqini tapmışdır. Həmin əsərlər Vətən və xalq taleyi üçün aktual məsələləri əks etdirməsi, dərin milli mündəricəsi, xüsusən bolşevik-daşnak qüvvələrin iç üzünü açması, ümumən, ideya-bədii dolğunluğu ilə böyük əhəmiyyətə malikdir. Kitabın “Əlavələr” bölməsində Məmmədəli Sidqinin “Şeypur” jurnalında çıxmış əsərlərindən seçmələrin transliterasiya edilərək oxucu­lara çatdırılması elmi təhlillərdən alınan təəssüratı layiqincə tamamlayır və Məmmədəli Sidqinin dərin milli ruhlu bir ziyalı olduğunu aşkar şəkildə nümayiş etdirir. Onun “Əsgərlik”, “Altı ay”, “Nə istəyirlər?”, “Siyasət”, “Bu gün”, “Qrammofon”, “Barışırlar”, “Gürcü-erməni vuruşması” kimi məqalə və felyetonları bu baxımdan xüsusilə diqqəti çəkir.
Qeyd etdiyimiz kimi, indiyədək araşdırılmayan “Şeypur” jurnalı Məmmədəli Sidqinin redaktorluğu ilə çıxmışdır. Mətbuat tariximizdə mühüm mövqe tutan bu jurnal o dövrün sosial-siyasi, ədəbi-mədəni reallıqlarını əhatəli şəkildə əks etdirir. Bunu nəzərə alan ədəbiyyatşünas Hüseyn Həşimli jurnalın bütün saylarını transliterasiya edərək latın əlifbası ilə çapa hazır­lamış, “Elm və təhsil” nəşriyyatında çap etdirmişdir. “Şeypur” jurnalı (1918-1919-cu illər)” adlanan bu irihəcmli kitabda jurnalın on dörd sayının hamısındakı materiallar ardıcıllıqla oxuculara təqdim olunmuşdur. “Milli mətbuat tariximizin dəyərli səhifəsi” adlı geniş ön sözdə “Şeypur” jurnalı, onun əsas müəllifləri, izlədiyi qayə, tutduğu mövqe və sair barədə ətraflı məlumat verilmişdır. Öyrənirik ki, bu jurnalın səhifələrində onun redaktoru Məmmədəli Sidqi ilə yanaşı, Səməd Mənsur, Cəfər Cabbarlı, Salman Mümtaz, Əliabbas Müznib, Əmin Abid, Məmmədəli Nasir və digər tanınmış ədiblərin aktual mövzularda bədii və publisistik əsərləri nəşr olunmuşdur. Kitabla yaxından tanışlıq deməyə əsas verir ki, uzun illər boyu diqqətdən kənarda qalmış “Şeypur” jurnalı milli mətbuatımızın tarixində önəmli yer tutmuş, xalqın milli özünüdərkində, satirik poeziya və publisistikanın inkişafında diqqətəlayiq rol oynamışdır.
Ümumiyyətlə, ədəbiyyatşünas Hüseyn Həşimlinin uzunmüddətli araşdırmalarının nəticəsi olan hər iki kitab ötən əsrin ilk onilliklərində Azərbaycan mətbuatının inkişafında mühüm xidmətlər göstərmiş daha bir həmyerlimizin – istedadlı və vətənpərvər ədib Məmmədəli Sidqinin çoxşaxəli fəaliyyətinə ilk dəfə sistemli şəkildə işıq salmaqla yanaşı, bütövlükdə, milli mətbuat tariximizin tədqiqi işinə layiqli töhfədir.

Nərgiz İSMAYILOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3275785
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1227
4179
13554
60431
3275785

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter