07 Dekabr 2021, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 7 iyun tarixli Sərəncamının icrası ilə bağlı muxtar respublikanın 50-dən çox təhsil müəssisəsində STEAM kabinələri yaradılmış, STEAM təhsil metoduna aid dərsliklər hazırlanmış, 200-dən çox müəllimə STEAM metodologiyasına aid təlimlər keçirilmişdir.


Bu istiqamətdə görülən işlərin davamı olaraq ilk dəfə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən oktyabrın 21-də muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı interaktiv dərs təşkil olunub. Şagirdlərdə innovativ təhsil metoduna dair biliklərin inkişaf etdirilməsi məqsədilə keçilən interaktiv dərs Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzində keçirilib.

Təhsil Nazirliyinin təlimçisi Ceyran Məmmədova tərəfindən keçilən interaktiv dərsdə “TinkerCad” proqramı vasitəsilə prototip qurğuların layihələrinin hazırlanması, proqramdan istifadədə mühəndislik və dizaynerlik bacarıqlarının rolu barədə məlumat verilib. “TinkerCad” proqramı vasitəsilə modellərin hazırlanması, proqramlaşdırma və simulyasiya vasitəsilə elektron qurğular üzərində işləməyin yolları izah edilib. 3D obyektləri yaratmaq üçün kod sətirlərinin tətbiqi yolları şagirdlərə praktik öyrədilib.
İnteraktiv dərs muxtar respublikanın STEAM təhsil metodu tətbiq edilən 50-dən çox təhsil müəssisəsində izlənilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR