17 Oktyabr 2021, Bazar

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc kadrlarla görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Rəhman Məmmədov muxtar respublikada aparılan təhsil siyasətinin uğurlarından danışmışdır. Bildirilmişdir ki, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində də zəruri tədbirlər həyata keçirilib. Ümumtəhsil müəssisələrinin pedaqoji heyəti üçün sistemli təlimlər təşkil edilib. 2021-ci ilin yanvar ayından isə Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin sertifikasiyası aparılmışdır.

Vurğulanmışdır ki, dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrə işə qəbul üçün 10 iyun 2021-ci il tarixdə müsabiqə elan edilmiş, müsabiqədə iştirak üçün 858 nəfər müraciət etmişdir. 2-16 avqust tarixlərdə keçirilmiş müsabiqənin nəticəsinə uyğun olaraq 214 vakant yerə namizədlərdən 493-ü keçərli bal toplamışlar. Qeyd olunan vəzifələr üzrə ən yüksək nəticə göstərən 120 gənc kadr yeni tədris ilindən müəllim kimi fəaliyyətə başlayacaqlar. Bu isə səriştəli, bacarıqlı kadrların məktəbə gəlməsinə, müəllimlərin ehtiyac olan təhsil müəssisələrində yerləşdirilməsinə gətirib çıxarır.
Sonra təhsil naziri yeni fəaliyyətə başlayan gənc kadrları təbrik etmiş, onlara yeni vəzifələrində uğurlar arzulamışdır.
Təhsil Nazirliyi aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov yeni işə təyin olunan kadrlara stimullaşdırıcı tədbirlərin tətbiqi və müəllimlərin əmək funksiyaları ilə bağlı ümumi məlumat vermişdir.
Sonra gənc kadrlar adından çıxış edən Ellada Babayeva həyata keçirilən təhsil siyasəti və gənclərə göstərilən yüksək qayğıya görə gənc müəllimlər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.
Sonda Təhsil Nazirliyi tərəfindən gənc müəllimlərə Ali Məclis Sədrinin Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən “Pedaqoji fikir tarixindən” kitabı hədiyyə olunmuşdur. Gənc kadrlara 6-8 sentyabr tarixlərdə qabaqcıl müəllimlər tərəfindən müəllim peşəsinin xüsusiyyətləri, müəllimlərin etik davranış qaydaları, fənnin tədrisi və məktəb sənədlərinin işlənməsi üsulları, fənn metod birləşməsinin əhəmiyyəti, pedaqoji şuranın strukturu və hesabatın hazırlanması, məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları, sinif rəhbərinin vəzifələri mövzularında 3 günlük seminarın keçiriləcəyi haqqında məlumat verilmişdir.
Tədbirdən sonra yeni işə qəbul edilmiş gənc kadrlar vaksinasiya olunmuşlar.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR