21 Sentyabr 2021, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən növbəti “Gələcək üçün maliyyə” adlı təlim keçirilib. 50-dən çox tələbənin cəlb olunduğu təlimdə Naxçıvan Tibb, Musiqi və Dövlət Texniki kolleclərinin tələbələr iştirak edib. Ağbulaq İstirahət Mərkəzinin iclas zalında keçirilən təlimin məqsədi tələbələr arasında maliyyə savadlılığını təşviq etmək, pul, gəlir, qənaət, xərc, investisiya, büdcə kimi konseptlər haqqında biliklərə yiyələnməkdir. Əvvəlcə Maliyyə Tədris Mərkəzinin əməkdaşı layihə barədə ətraflı məlumat verib.


Proqrama uyğun olaraq mərkəzin əməkdaşı Pərviz Babayev tərəfindən “Gələcək üçün maliyyə” mövzusunda hazırlanmış təlim materialı təqdim edilib. Təqdimat zamanı pulun formalaşması və yeni nəsil valyuta, büdcə nədir, büdcənin düzgün şəkildə idarə edilməsi, şəxsi pul vəsaitlərindən planlı şəkildə istifadə, yığım və investisiyanın əhəmiyyəti və digər mövzular haqqında ətraflı məlumat verilib.
Bu mərhələdə 8 komanda iştirak edib və iştirakçılara mərhələnin nəticələrinə müvafiq fərqləndirici sertifikatlar və hədiyyələr təqdim olunub. Qiymətləndirmə meyarlarına görə “İnvestisiya” komandası birinci, “Nuhun gəmisi” komandası ikinci, “İdeya” komandası üçüncü yerə layiq görülüb. Qeyd edək ki, “Gələcək üçün maliyyə” layihəsi çərçivəsində təlimlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR