21 Sentyabr 2021, Çərşənbə axşamı

Avqustun 4-də Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi və hərbi liseylərə qəbul imtahanı keçirilib.


İmtahanların təşkili üçün, ümumilikdə, 13 imtahan binası, 208 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 13 ümumi imtahan rəhbəri, 37 imtahan rəhbəri, 269 nəzarətçi-müəllim, 26 buraxılış rejimi əməkdaşı cəlb olunub.
Naxçıvan Muxtar Respublikasında rezidenturaya qəbul imtahanın birinci mərhələsinin ikinci cəhdi Naxçıvan şəhəri 14 nömrəli tam orta məktəbdə 3 zalda təşkil edilib. İmtahan saat 1000 da başlayıb və 2 saat 30 dəqiqə davam edib. İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan, müsabiqəyə isə imtahanda topladığı balı baza fənləri üzrə 40-dan, ixtisas fənləri üzrə 50-dən az olmayan namizədlər buraxılırlar.
Həmin gün Naxçıvan şəhər 5 və 14 nömrəli tam orta məktəb binalarında Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanı təşkil edilib. 451 nəfərin iştirak etdiyi imtahanın keçirilməsi üçün 6 rəhbər, 36 zal, 46 nəzarətçi ayrılıb. 2 saat davam edən imtahanda abituriyentlərə 4 fənn üzrə ( Azərbaycan dili, riyaziyyat, fizika, kimya) 80 test tapşırığı təqdim olunub.
Naxçıvan şəhərindəki hər iki imtahan yüksək səviyyədə keçirilib.
Qeyd edək ki, rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələrinin yaxın 2 gün, hərbi liseylərə qəbul imtahanın nəticələrinin yaxın 1 həftə ərzində elan olunması nəzərdə tutulur.

Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR