22 Sentyabr 2021, Çərşənbə

Naxçıvan Dövlət Universitetinin “Enactus” komandası “Cahan” Holdinq Kommersiya Şirkətlər İttifaqının elektronika məhsulları satılan mağazasında olub və burada komanda üzvlərinə 5 blender hədiyyə edilib. Məqsəd bu blenderlər vasitəsilə tullantı məhsulu hesab olunan yumurta qabıqlarını yenidən istehsala cəlb edərək ondan gübrə hazırlanmasıdır.
Qeyd edək ki, komanda iştirakçıları arasında sağlamlıq imkanları məhdud tələbələr hazırladıqları məhsulu qablaşdıraraq “Cahan” Alış-Veriş Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin “Yaşıl bağ” bölməsində satışa təqdim edirlər. Məqsəd bu qəbildən olan tələbələrə istehsal vərdişləri aşılamaq, onların məşğulluğunu, eləcə də aktiv cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

“Cahan” Holdinq Kommersiya Şirkətlər
İttifaqının mətbuat xidməti

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR