18 Sentyabr 2021, Şənbə

Türkiyə Cümhuriyyətinin Ankara şəhərində Naxçıvan Dövlət Universiteti ilə Ankara Universiteti arasında akademik sahədə əməkdaşlıq protokolu imzalanıb. Ankara Universitetinin rektoru professor Necdet Ünüvar və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin iştirak etdikləri görüşdə hər iki ölkə və xalq arasındakı dostluq, qardaşlıq münasibətlərinə toxunulub. Təhsil sahəsində əməkdaşlığın perspektivlərinə diqqətçəkən rektorlar birgə protokolun əhəmiyyətindən danışıblar.

Ankara Universitetinin rektoru professor Necdet Ünüvar dünya universitetləri ilə əməkdaşlıqlarında Azərbaycan universitetlərinin xüsusi payı olduğuna diqqət çəkib. Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığın tədqiqat fəaliyyətlərinə töhfə verəcək bir addım olacağına inandığını söyləyən rektor tədqiqat fəaliyyətləri olmadan təhsilin inkişafının mümkünsüzlüyünü qeyd edib. Magistr və doktorantura proqramları sahəsində də əməkdaşlığın perspektivləri haqqında danışan Necdet Ünüvar gələcəkdə ikili diplom layihələrinin həyata keçirilməsinin də reallaşdırma imkanlarından danışıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil ocağı dünyanın 130-dan çox ölkəsi ilə beynəlxalq əməkdaşlığa malikdir. Bildirilib ki, əməkdaşlıq etdikləri Türkiyənin 80-dən çox ali təhsil ocağı sırasında Ankara Universitetinin xüsusi yeri vardır. Elbrus İsayev akademik və tələbə mübadiləsi proqramları ilə bu əlaqələrin daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.
Çıxışlardan sonra Ankara Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında akademik sahədə əməkdaşlıq protokolu rektorların imzaları ilə təsdiqlənib.
Qeyd edək ki, protokolda tərəflərin qarşılıqlı olaraq maraqlarına uyğun akademik və elmi mövzulardakı fəaliyyətlərində bir-birinin imkan və təcrübələrindən faydalanacağı, elmi məqsədlər daxilində professor-müəllim mübadiləsi, dərs, müşavirə, tədqiqat və oxşar fəaliyyətlərində, tədris və tədqiqat məqsədilə hər növdən kitab, elmi nəşrlər və oxşar materialların qarşılıqlı mübadiləsi, birgə tədqiqat layihələri və elmi yığıncaqların keçirilməsi öz əksini tapıb.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR