18 Sentyabr 2021, Şənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 7 iyun tarixli Sərəncamının icrası istiqamətində görülən tədbirlər çərçivəsində Ağbulaq İstirahət Mərkəzində növbəti “STEAM yay məktəbi” təşkil olunub.

Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Ovni Muradov bu münasibətlə keçirilən tədbirdə ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinin əhəmiyyətindən danışıb. Bildirilib ki, şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “STEAM yay məktəbi” təşkil olunur.
Qeyd edək ki, “Yay məktəbi” iyulun 16-dək davam edəcəkdir. “Yay məktəbi”ndə şagirdlər STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları kimi istiqamətlərdə məlumatlarla tanış olacaqlar. Proqram əsasında şagirdlərə micro:bit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və digər bu kimi istiqamətlərdə praktik biliklər veriləcəkdir. Təlimi uğurla başa vuran şagirdlər Təhsil Nazirliyi tərəfindən “STEAM yay məktəbi”ndə iştirak etdiklərinə görə sertifikatla təmin ediləcəklər.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR