22 Sentyabr 2021, Çərşənbə

Naxçıvan Dövlət Universitetinin rektoru və bir qrup əməkdaşı bu münasibətlə Çankırı Karatekin Universitetində olublar. Universitetin rektoru Harun Çiftçi qonaqları salamlayaraq onları burada qarşılamaqdan məmnunluq hisslərini ifadə edib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, hazırda təmsil etdiyi ali təhsil ocağı ilə Türkiyənin 80-ə yaxın universiteti arasında tələbə və müəllim mobilliyi sahəsində əməkdaşlıq müqavilələri imzalanıb. Rektor Çankırı Karatekin Universiteti ilə əlaqələrin 2017-ci ildən başlandığını qeyd edib. Bildirilib ki, ali təhsil ocağında artıq ingilis dilində tədrisi həyata keçirilən İqtisadiyyat ixtisası üzrə kadr potensialı formalaşıb.

Elbrus İsayev Türkiyə universitetləri ilə həyata keçiriləcək ikili diplom layihələrinin hər iki ölkə üçün mühüm əhəmiyyətini vurğulayıb və gələcək perspektivlərini önə çəkib. Diqqətə çatdırıb ki, hər iki ali təhsil ocağı arasında imzalanan protokol Ali Təhsil Şurasının təsdiqindən sonra növbəti akademik ildən başlayaraq 5 il müddətində etibarlıdır.
Sonra imzalanmış protokola görə tərəflərin qarşıya qoyduqları öhdəliklər müzakirə edilib, universitetlərarası əməkdaşlıq sahələri haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, layihənin şərtlərinə görə ortaq proqram üçün universitetlər, ilk növbədə, təhsil almağa göndəriləcək tələbə sayını müəyyənləşdirib, eyni zamanda ortaq proqram çərçivəsində təqaüd alacaq tələbə kontingentinin müəyyənləşməsi üçün tələb olunan şərtlər dəqiqləşdirib və qiymətləndirmə sistemi də uyğunlaşdırıb. Ortaq proqramın məzunu olmuş tələbə universitetlər tərəfindən müəyyənləşdirilən bütün şərtləri yerinə yetirməlidir.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR