18 Sentyabr 2021, Şənbə

Naxçıvan Dövlət Universitetində tədrisi ingilis dilində olan İqtisadiyyat ixtisası üçün təşkil edilən 12 həftəlik təlim uğurla yekunlaşıb. Amerikalı professorların da qatıldığı onlayn tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev müəllim və tələbələrin gələcək karyeraları üçün mühüm əhəmiyyət daşıyan təlimlərin keçirilməsinə görə amerikalı mütəxəssislərə minnətdarlıq edib, universitet adından hər bir təlimçiyə sertifikat təqdim olunub.

Təlimdə iştirak edən müəllim və tələbələr qazandıqları uğurlara görə amerikalı təlimçilərə minnətdarlıqlarını ifadə ediblər. Onların hər birinə amerikalı mütəxəssislərin imzaladıqları sertifikat verilib.
Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib, birgə təlimlərin əhəmiyyəti önə çəkilib.
Qeyd edək ki, tədrisi ingilis dilində olan İqtisadiyyat ixtisası tələbələrinin və bu ixtisasda dərs deyəcək müəllimlərin təcrübi peşə bacarıqlarının formalaşdırılması və inkişafı üçün ABŞ-ın Şimali İllinoys Universitetinin professorları tərəfindən onlayn təlimlərə 2020-2021-ci tədris ilinin əvvəlindən başlanılıb. Naxçıvan Dövlət Universiteti ilə ABŞ universitetləri arasında keçirilən bu təlimlər bu ixtisasda dərs deyəcək müəllimlərin hazırlıq səviyyəsinin daha da artırılması istiqamətində mühüm əhəmiyyətə malik olub.

Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR