15 Aprel 2021, Cümə axşamı

Dünən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nə yekun vurulub.
Bununla bağlı keçirilən tədbirdə çıxış edən Təhsil naziri Rəhman Məmmədov bildirib ki, şagirdlərin maraq və bacarıqlarını, intellektual səviyyə və yaradıcı qabiliyyətlərini aşkarlamaq, onların fərdi potensiallarını inkişaf etdirmək məqsədilə təşkil edilən, 2019-2020-ci tədris ilindən keçirilən “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi” də muxtar respublikada xüsusi qabiliyyəti ilə seçilən məktəblilərin üzə çıxarılmasında, xalq sənətkarlığı nümunələrinin nümayişi və təbliği mühüm rol oynayır.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək belə müsabiqələrin, ümumilikdə, qeyri-adi istedada malik yeniyetmə və gənclərin qabiliyyətlərinin düzgün istiqamətləndirilməsi, muxtar respublikada təsviri incəsənətin, xalq yaradıcılığının inkişafı baxımından əhəmiyyətindən danışıb.
Qeyd edək ki, muxtar respublikanın bütün məktəblərini əhatə edən müsabiqədə 512 şagirdin müxtəlif mövzularda – rəsm, toxuma, tikmə, mis üzərində döymə, ağac üzərində yandırma, oyma və digər mövzularda 1466 əl işi nümayiş olunub. “Naxçıvan: dünən və bu gün”, “Naxçıvan abidələri”, “Müasir Naxçıvan”, “Muxtar respublikamızın füsunkar təbiətinin təsviri” və “Milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizin təsviri” mövzularında üç mərhələdə təşkil edilən müsabiqənin muxtar respublika mərhələsində seçilən əl işləri yekun sərgidə nümayiş edilib. Sərgilənən yaradıcılıq nümunələri münsiflər heyəti tərəfindən mövzuya uyğunluq, təkrarçılığın olmaması, yaradıcı iş, orijinallıq, keyfiyyət, aktuallıq, kompozisiyanın tamlığı və digər meyarlara görə qiymətləndirilib.
Müsabiqənin şərtlərinə uyğun olaraq təsviri və dekorativ-tətbiqi sənətin hər biri üzrə bir I, iki II, üç III və altı həvəsləndirici yer olmaqla, ümumilikdə, 24 şagird təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR