15 Aprel 2021, Cümə axşamı

Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Şagirdlərin formalaşdırılmasında mütaliənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin infrastrukturu yenilənmiş, şagirdlərin təhsil alması üçün zəruri şərait yaradılmışdır. Bununla yanaşı, təhsil müəssisələrinin kitabxanaları da zəruri avadanlıqlarla təchiz olunmuş, fondu zənginləşdirilmiş, kompüterlə təminatı istiqamətində zəruri tədbirlər görülmüş, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyatla təmin edilmişdir.

Nazir vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verən, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların Siyahısı” təsdiq edilib, məktəblərdə oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb.
Qeyd olunub ki, şagirdlərdə mütaliəyə marağı artırmaq, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdəndir. Bu məqsədlə ümumtəhsil məktəblərində 2019-cu ildən keçirilən “Mütaliə aylığı” çərçivəsində şagirdlərdə mütaliə mədəniyyətini formalaşdıran, onları mütaliəyə həvəsləndirən silsilə tədbirlər keçiriləcəkdir. Həmçinin ay daxilində şagirdlər tərəfindən Azərbaycan yazıçılarının dram əsərlərindən parçalar səhnələşdiriləcək və dram müsabiqəsi keçiriləcəkdir.
Sonra çıxışlar olub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR