03 Mart 2021, Çərşənbə

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülmüş Biologiya ixtisası tələbələrinin iştirakı ilə “Nəbatat bağında yerləşən istilikxananın bitkiliyi” mövzusunda elmi-praktik seminar keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 3 aprel 2019-cu il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilən seminarda institutun Nəbatat şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayev tələbələrə nəbatat məfhumu, Nəbatat bağlarının elmi əhəmiyyəti, məqsəd və vəzifələri, burada becərilən bitkilərin xüsusiyyətləri, becərilmə texnikası haqqında məlumat verib.

“Naxçıvan Muxtar Respublikasının iqlim şəraitinə uyğun olmayan ekvatorial, subekvatorial, tropik bitki nümunələri istilikxanada toplanaraq onlar üzərində elmi tədqiqat işlər aparılır”,- deyə bildirən T.Paşayev istilikxanadakı bitkilər, onların artırılması üsulları və başqa xüsusiyyətlərindən ətraflı bəhs edib. Bildirilib ki, aparılan elmi tədqiqat işlərinin əsas məqsədi başqa iqlim qurşaqlarına məxsus bitkilərin muxtar respublikanın iqlim şəraitinə uyğunlaşdırılması və yaşıllaşdırmada istifadə imkanlarının öyrənilməsindən ibarətdir.

Qeyd etmək lazımdır ki, burada olan bitkilərin bəziləri gənclərin böyük marağına səbəb olmuş, sonda tələbələrin istilikxananın iş prinsipi, becərilən bəzi bitki növləri, aparılan tədqiqatların nəticələri ilə bağlı çoxsaylı sualları cavablandırılmışdır.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

 

 

 

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR