03 Mart 2021, Çərşənbə

Naxçıvan şəhər ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, еlmi pоtеnsiаlının аrtırılmаsı, tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Sabahın tədqiqatçıları” layihəsi davam etdirilir.
Layihə çərçivəsində iştirakçıların müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili, əldə еtdikləri еlmi yеniliklərlə müxtəlif beynəlxalq səviyyəli müsabiqə, konfrans və olimpiadalarda iştirakı təmin edilir.

2020-ci ilin noyabr ayından yenidən başlanan layihənin uğurları davam edir. AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin rəhbərliyi ilə Naxçıvan Şəhər Qızlar Liseyinin XI sinif şagirdləri Səma Abdullayeva və Bəhriyyə Mustafayeva Moskvada Pedaqoji layihələrin elm-təhsil mərkəzində yerləşən “Rusiya Federasiyası Pedaqoji layihələr Akademiyası”nın təşkil etdiyi “Mənim elmdə addımım” adlı şagird və tələbələr üçün ümum-Rusiya distant konfransında “Naxçıvan daşduzundan tibbi natrium xloridin alınması” adlı məqaləsi sertifikata layiq görülüb.


Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR