03 Mart 2021, Çərşənbə

AMEA Naxçıvan Bölməsi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında görkəmli alim, akademik İsmayıl Hacıyevin 70 illik yubileyi münasibətilə “Akademik İsmayıl Hacıyev – 70” mövzusunda açıq dərs keçilib.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli əvvəlcə akademik İsmayıl Hacıyevin 70 illik ömür yolu haqqında şagirdlərə məlumat verib. Bildirilib ki, ulu öndər Heydər Əliyev irsinin öyrənilməsində, Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvanın dövlətçilik ənənələrinin araşdırılmasında, müstəqilliyimizin bərpasından sonra Naxçıvan Muxtar Respublikasında əldə edilmiş irəliləyişlərin elmi nöqteyi-nəzərdən təhlil edilməsində akademik İsmayıl Hacıyevin böyük xidmətləri olmuşdur.
Fəxrəddin Səfərli alimin fəaliyyətinin müxtəlif dövrləri haqqında məlumat verərək şagirdləri onun ərsəyə gətirdiyi elmi əsərlərlə tanış edib. Açıq dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbində izlənib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR