03 Mart 2021, Çərşənbə

Naxçıvan Şahmat Mərkəzində “Naxçıvan şahmatçılarının oyunlarının təhlili” və “Məsələ həlli” mövzularında növbəti interaktiv dərs keçilib. Dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb.
Emin Hacıyev elektron şahmat proqramları, “Siciliya müdafiəsi” və “Etüdlərin həlli” haqqında ətraflı məlumat verib.

Məşğələ saat 1100-da ümumtəhsil məktəblərinin şagirdləri üçün, 1200-da ümumtəhsil məktəblərində Şahmat fənnini tədris edən müəllimlər üçün keçilib. Bununla yanaşı, saat 1500-da isə rayon şahmat məktəbləri üçün təşkil edilən interaktiv dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil olunub. Dərs zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, interaktiv dərs muxtar respublikada 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR