27 Yanvar 2021, Çərşənbə

Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi münasibətilə Naxçıvan Dövlət Universitetinin “Magistr” ixtisası üzrə I kurs tələbələri Culfa rayonu Əlincə kəndi ərazisində yerləşən Əlincə qalaya zəfər yürüyüşü ediblər.

20 nəfər tələbənin qatıldığı yürüşdə əvvəlcə tələbələr Əlincə muzeyi ilə tanış olublar. Muzeyin bələdçisi qala və arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar barədə tələbələrə geniş məlumat verib. Əlincəqala Tarix Mədəniyyət Muzeyini ziyarət edən tələbələrə məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.Qeyd edilib ki, qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub.

Daha sonra gənclər “Qarabağ Azərbaycandır” şüarı səsləndiriblər. Qalanın zirvəsində tələbələr Azərbaycan və Türkiyə bayraqları fonunda Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər.

Qeyd edək ki, zəfər yürüşündə iştirak edən tələbələrin əksəriyyəti Azərbaycanın digər bölgələrindən olub. Onlar qala haqda yüksək təəssüratla ayrılıblar.

Səadət Əliyeva 

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR