26 Noyabr 2020, Cümə axşamı

“Naxçıvan” Universitetində İqtisadiyyat və İdarəetmə fakültələrinin əyani şöbəsinin “İqtisadiyyat”, “Turizm və otelçilik”, “Mühasibat uçotu və audit”, “Beynəlxalq münasibətlər” və “Maliyyə” ixtisasları üzrə IV kurs tələbələrinin 2020-2021-ci tədris ilinin payız semestrində keçəcəkləri istehsalat təcrübəsinə həsr olunmuş başlanğıc konfransı keçirilib. Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, "Naxçıvan" Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq  istehsalat təcrübəsinin əhəmiyyətindən və təcrübə qaydalarından danışaraq onlara uğurlar arzulayıb. Bildirilib ki, ali məktəb tələbələrinin tədris prosesinin vacib istiqamətlərindən biri istehsalat təcrübəsidir. İstehsalat təcrübəsinin əsas məqsədi tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən öyrənilməsi, onların lazımı peşə qabiliyyətini mənimsəməsi, eləcə də peşəkar kadr kimi yetişməsindən ibarətdir.

Konfransda İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədovun  “İqtisadiyyat” və “Turizm və otelçilik” ixtisaslarında istehsalat təcrübəsinin keçirilməsinə dair, İdarəetmə Fakültəsinin  dekanı Naim Cahidzadənin “Mühasibat uçotu və audit”,“Maliyyə”və “Beynəlxalq münasibətlər”  ixtisaslarında istehsalat təcrübəsinin keçirilməsinə, İqtisadiyyat kafedrasının müdiri Dilsuz Qasımovun “İstehsalat təcrübəsinin təşkili, gedişi və qarşıda duran vəzifələr” mövzusunda çıxışları dinlənilib.

Qeyd olunub ki, “Turizm və otelçilik”  ixtisasında təhsil alan tələblər 7 həftə, digər ixtisaslarda təhsil alan tələbələr isə 6 həftə olmaqla ümumilikdə 78 tələbə  Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində, İqtisadiyyat Nazirliyində, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikasındakı İdarəsində, Turizm Departamentində eləcə də, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində  təcrübə keçəcəklər.

 Seyfur Hacımuradov

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR