05 Dekabr 2020, Şənbə

Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər” jurnalının “Fizika-riyaziyyat və texniki elmlər” seriyası çapdan çıxıb.
Jurnalının bu nömrəsində “Riyaziyyat və mexanika”, “Fizika”, “Texniki elmlər” adlı bölmələrdə elm və təhsil müəssisələrində çalışan əməkdaşların əldə etdiyi yeni elmi nəticələr əksini tapıb.

“Elmi əsərlər” jurnalının çap olunmuş 218 səhifədən ibarət “Fizika-riyaziyyat və texniki elmlər” seriyasında – 55 müəllifin 37 elmi məqaləsi nəşr olunub ki, onların da əksəriyyəti universitet əməkdaşlarıdır.
Universitetin əsas hədəflərindən biri mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasında və təbliğində böyük imkanlara malik olan jurnalın potensialından geniş istifadə etməkdir. Son illər jurnalın elm aləmində daha geniş təmsil olunması üçün nüfuzlu elmi təşkilatlarla əməkdaşlıq əlaqələri qurulur.
“Elmi əsərlər” jurnalı beynəlxalq elektron elmi informasiya məkanına inteqrasiya olunmaqla nömrələri onlayn şəkildə universitetin rəsmi internet saytında yerləşdirilir. Jurnal innovativ elmi nəticələrin əldə olunması baxımından ölkə səviyyəsində səmərəli elmi axtarışların aparılmasına etibarlı zəmin yaradır.

Səadət Əliyeva

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR