27 Oktyabr 2020, Çərşənbə axşamı

Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) müxtəlif illərdə bitirmiş əcnəbi məzunlar işğal altında olan torpaqlarımızı azad etmək uğrunda başldığımız haqq yolunda bizə dəstək olduqlarını bildiriblər.

AzMİU-dan  bildirilib ki, Azərbaycan Prezidentinin, hərbçilərimizin və xalqımızın yanında olduqlarını ifadə edən məzunlar qüdrətli Ordumuzun cəbhədə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını müvəffəqiyyətlə alması, əks-hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirməsi, torpaqlarımızın işğaldan azad olunması xəbərlərini böyük sevinclə qarşıladıqlarını bildiriblər.

Universitetin İnşaat fakültəsinin dekanı Hikmət Məmmədov qeyd edib ki, qardaş Türkiyədən olan məzunlar baş verənlərlə bağlı sevinc və qürur hisslərini telefonla zəng edərək bildiriblər: “Qardaş Türkiyə xalqı da bizim qədər bu uğurlara, qələbəmizə sevinir. Sentyabrın 28-dən başlayaraq demək olar ki, hər gün Ankara, İstanbul, Ağrı, Van, Batman və digər şəhərlərdən keçmiş tələbələrimiz zəng edir, hər cür dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Hətta deyirlər ki, lazım gələrsə, könüllü şəkildə Qarabağda döyüşlərdə iştirak etməyə də hazırıq”.

Qarabağa doğru haqq yolunda bizə dəstək olan, bizim haqq işimizi alqışlayan, bizim qədər qələbələrdən ruhlanaraq sevincini, fərəhini bizimlə bölüşən dinindən, irqindən asılı olmayaraq hər bir insan övladının kömək əlini bizə uzatmasını alqışlayır və minnətdarlığımızı bildiririk.

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR