20 Oktyabr 2020, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində beynəlxalq nüfuzlu elmi bazalara daxil olan jurnalların publikasiyaya uyğun seçilməsi üsullarına dair vebinar təlim keçirilib.

Universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, elmi jurnalların “Web Of Sciense” və ya “Scopus” beynəlxalq elmmetrik məlumat bazalarına daxil edilməsində bir zərurət vardır. Rektor universitetin “Elmi əsərlər” jurnalının “Web Of Sciense” də indeksləşməsi bazasına daxil olmasını gələcək fəaliyyət istiqaməti kimi önə çəkib.

Clarivate Analytics Təşkilatının Azərbaycan, Gürcüstan və Ukrayna üzrə nümayəndəsi Sevinc Cəfərova təlimin məqsədindən danışıb, gələcək əməkdaşlığın perspektivlərinə toxunub.
Beynəlxalq münasibətlər üzrə Moskva Dövlət İnstitutunun dosenti, linqvistika üzrə fəlsəfə doktoru Valeria Kurmakayeva bildirib ki, “Web Of Sciense” (WoS) və “Scopus” hazırda dünyada ən nüfuzlu baza olaraq qəbul edilir. “Web of Science” bazasına 12 mindən, “Scopus” bazasına isə 25 mindən artıq jurnal daxildir. Hər il bu bazalar yenilənir, yeni jurnallar daxil edilir və ya bazadan çıxarılır. Vurğulanıb ki, hazırda 800 milyondan çox istinadı indeksləşdirən “Web Of Sciense” elmmetrik platformasının əsasını təşkil edən üç əsas və yeni – “Science Citation Index Expanded” (SCIE) – təbiət və dəqiq elmləri, “Social Sciences Citation Index” (SSCI) – ictimai elmləri, “Arts & Humanities Citation Index” (AHCI) – humanitar elmləri özündə cəmləşdirən bazalar mövcuddur. Beynəlxalq elmi jurnallarda məqalə dərci və bununla bağlı olan problemlər, tədqiqatçının elmi jurnal seçərkən diqqət yetirəcəyi əsas məqamlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Görüşün sonunda suallar cavablandırılıb.

Səadət ƏLİYEVA

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR