24 Oktyabr 2020, Şənbə

Müzakirə zamanı Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı və təhsil müəssisələrində yaradılan şərait barədə ətraflı məlumat verib. Bildirib ki, həyata keçirilən layihələrin davamı olaraq bu layihə də muxtar respublikada təhsilin inkişafına müsbət təsirini göstərəcək. Qeyd edilib ki, təklif olunan layihənin icarsı nəticəsində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində interaktiv və elektron tədris vasitələrindən istifadə imkanı genişləndiriləcək. Həyata keçiriləcək layihə çərçivəsində infrastrukturun quraşdırılması məqsədilə Çin Xalq Respublikası tərəfindən təmin ediləcək avadanlıqlar imkan verəcəkdir ki, Təhsil Nazirliyində tam təşəkküllü məlumat mərkəzi, tədris vasitələrinin yaradılması üçün çəkiliş studiyası və bu materialların tədrisdə istifadə olunması üçün ümumtəhsil müəssisələrində informasiya-kommunikasiya sistemləri quraşdırılsın.
Vurğulanıb ki, bu gün muxtar respublikanın bütün təhsil müəssisələrində infrastrukturun yenilənməsi ilə müasir tədris şəraitinin yaradılması, məktəblərdə fasiləsiz internetin olması layihənin həyata keçirilməsinə hərtərəfli şərait yaradır.

Görüş zamanı “Huawei” şirkətinin nümayəndələri şirkət tərəfindən aparılan hazırlıq işlərinin artıq yekunlaşmaq üzrə olduğunu və layihənin yaxın gələcəkdə gerçəkləşməsi üçün zəruri addımların atılacağını bildiriblər.
Sonra layihənin həyata keçirilməsi üçün mövcud imkanlarla tanış olmaq məqsədilə qonaqlar Təhsil Nazirliyi, Naxçıvan şəhər 5 nömrəli, Şahbuz şəhər 2 nömrəli, Ağbulaq və Turkeş kənd tam orta məktəblərində elektron lövhəli siniflər, kompüter otaqları ilə tanış olublar.
Qeyd edək ki, quraşdırılacaq avadanlıqlar içərisində 3 dəst Full HD formatında kamera sistemi, çəkilişlər zamanı müəllimin avtomatik izlənməsi sistemi, 2 dəst səs sistemi, interaktiv rəqəmsal lövhə dəsti, Full HD formatında videoqeydiyyat sisteminin və müvafiq proqram təminatının təqdim edilməsi nəzərdə tutulub. Eyni zamanda muxtar respublikanın təhsil müəssisələrində şəbəkə aqreqasiya qurğuları və videokonfrans sistemlərinin quraşdırılması nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti­

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR