19 Sentyabr 2020, Şənbə

Dövlət İmtahan Mərkəzi avqustun 5-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının I mərhələsini keçirib. İmtahan Bakı şəhərində 6 binada, Naxçıvan şəhərində isə 1 binada təşkil olunub. Bütün binalarda saat 1100 da başlayan və 2 saat 30 dəqiqə davam edən imtahanda 1428 namizəd biliyini sınayıb. İmtahanların keçirilməsi üçün, ümumilikdə, 7 imtahan binası, 110 imtahan zalı ayrılıb, imtahanlara 7 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 142 nəzarətçi-müəllim, 14 buraxılış rejimi əməkdaşı cəlb olunub.

Naxçıvan Muxtar Respublikasında imtahan Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbdə keçirilib. 61 nəfərin iştirak etdiyi imtahanın idarə olunması üçün 1 imtahan rəhbəri və 7 nəzarətçi cəlb edilib. Namizədlərə 100 test tapşırığı təqdim olunub, imtahanın ikinci mərhələsinə birinci mərhələdə topladığı bal 40-dan az olmayan namizədlər buraxılacaqlar.
Qeyd edək ki, dünən açıqlanan nəticələrə əsasən 295 nəfər bu ilin, 336 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə, 631 nəfər namizəd ikinci mərhələyə buraxılıb.
Qeyd edək ki, rezidenturaya qəbul imtahanının (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər apelyasiya komissiyasına 7-9 avqust 2020-ci il tarixlərində müraciət edə bilərlər.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR