15 Avqust 2020, Şənbə

AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında cari ilin birinci yarısında bölmənin tərkibindəki elmi qurumlarda aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən nəşrlərdən ibarət virtual sərgi təşkil olunub.

Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən bildirilib ki, sərgidə “Naxçıvanın Eneolit abidələri”, “Naxçıvan Bölməsinin 2019-cu ilin biblioqrafik göstəricisi”, “Dilçi-türkoloq alim Əbülfəz Quliyevin biblioqrafik göstəricisi”, “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri (XX əsrədək), “Naxçıvan ədəbi mühiti Şərq və Qərb kontekstində”, “Naxçıvan Muxtar Respublikasında ekoturizmin inkişaf perspektivləri”, “Yeni Dünya nizamı və onun mahiyyəti” və digər kitab və monoqrafiyalar istifadəçilərin ixtiyarına verilib.

Burada əməkdaşların müxtəlif mətbuat orqanlarında və internet saytlarında dərc olunan yazılarının bəzilərinin də elektron versiyaları da oxuculara təqdim olunur.

Qeyd edək ki, pandemiya dövründə Elmi Kitabxana öz fəaliyyətini onlayn formada davam etdirir.

Sərgi ilə bu linkdən tanış olmaq mümkündür:

https://docs.google.com/presentation/d/1av28iM5SFbJH1suYI1TNxx7LSUef5KMJwMcMVusIER8/edit?p

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR