16 Avqust 2020, Bazar

AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universitetinin birgə təşkilatçılığı ilə “Mənim Naxçıvana qayıdışım taleyin işi imiş” mövzusunda onlayn konfrans keçirilib.
Konfransı bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq qüdrətli dövlət xadimi, dünya şöhrətli tarixi şəxsiyyət Heydər Əliyevin zəngin, keşməkeşli, şərəfli ömür yolunda onun Naxçıvan dövrü fəaliyyətinin – 1990-1993-cü illərin xüsusi yer tutduğunu qeyd edib. Alim görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin doğma Vətəni Azərbaycana – Naxçıvana gəlişi və böyük siyasətə qayıdışından 30 il keçdiyini deyib. Bildirib ki, xalqımızın qüdrətli oğlu Heydər Əliyevin müstəsna bir qətiyyət və cəsarətlə 1990-cı ilin iyulun 22-də Moskvadan Azərbaycana dönüşü dövlət müstəqilliyi uğrunda mübarizə tarixində böyük siyasətə qayıdışın başlanğıcı kimi yazılıb.

“Görkəmli dövlət xadimi Heydər Əliyevin Vətənə qayıdışı və hakimiyyət orqanlarının buna münasibəti” mövzusunda məruzə edən bölmə sədri ulu öndər Heydər Əliyevin Naxçıvana, böyük siyasətə qayıdış illərinə nəzər salıb. Bildirib ki, həmin dövrdə Naxçıvan özünün ağır günlərini yaşayırdı.
Böyük qayıdış yolunun Azərbaycanın qurtuluşuna, onun xilasına apardığını vurğulayan akademik, müdrik siyasi xadimin Naxçıvanda yaşayıb-işlədiyi dövrdə qəbul etdiyi dövlət əhəmiyyətli və cəsarətli qərarların, həyata keçirdiyi islahatların Azərbaycan xalqının dirçəlişi, dövlətçiliyin bərpası, milli birliyin, mənəvi bütövlüyün təmin olunması istiqamətində mühüm addımlar atılmasına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə misilsiz töhfələr verdiyini deyib.
Qeyd edilib ki, tale Heydər Əliyevi bu diyara gətirməklə Naxçıvanı Dağlıq Qarabağın və Azərbaycanın digər işğal olunmuş rayonlarının acı aqibətindən qorudu. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Naxçıvanlılar Heydər Əliyevi qorudu, Heydər Əliyev isə Naxçıvanı xilas etdi”. Ümummilli liderin müdrik fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, xalqın ona olan sarsılmaz inam və dəstəyi Naxçıvanı real erməni işğalından xilas etdi.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərdiyi müddətdə Azərbaycan xalqı, Vətəni üçün taleyüklü məsələlərdə daim qətiyyətlilik nümayiş etdirib. Dahi şəxsiy­yətin işi və əməlləri bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilir.
Onlayn konfransda, həmçinin bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Heydər Əliyevin Azərbaycanın və Naxçıvanın ali hakimiyyət orqanlarına deputat seçilməsi və müstəqillik istiqamətində atılan ilk addımlar”, Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Naxçıvan Muxtar Respublikasının xarici əlaqələri”, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov “Heydər Əliyev və Naxçıvanda həyata keçirilən iqtisadi islahatlar” və “Naxçıvan” Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva “Rus qoşunlarının Naxçıvandan çıxarılması və milli ordunun formalaşdırılması” mövzularında məruzə ilə çıxış ediblər.

AMEA Naxçıvan Bölməsinin
Beynəlxalq əlaqələr və
informasiya şöbəsi

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR