07 Avqust 2020, Cümə

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunan bakalavrların qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, iyulun 15-dək sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcək.

Qeydiyyat üçün tələb olunan sənədlər:

- Diplom və diplom əlavəsinin əsli və notariat qaydasında təsdiq olunmuş surəti;

- Cari ildə məzun olan tələbələrin bitirdikləri universitetdən bu barədə arayışı;

- Şəxsiyyət vəsiqəsinin əsli və surəti;

- 3x4 sm ölçüdə 4 ədəd şəkil;

- Tərcümeyi-hal;

- Sağlamlıq haqqında tibbi arayış;

- Hərbi xidmətdə olanlar və ya möhlət hüququ olanlar - hərbi biletin əsli və surəti və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə;

- Elektron ərizəyə daxil olmaq üçün iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı.

Xatırladaq ki, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 3069-u dövlət sifarişi, 5255-i isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 5229 nəfəri ali təhsil müəssisələrinin cari, 3095 nəfəri isə əvvəlki illərin məzunudur.

 

 

 

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR