07 Avqust 2020, Cümə

Tədris ilinin yekunlaşması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilərin yay tətili istirahətinin təşkili diqqətdə saxlanılır. Məktəbdənkənar tərbiyə müəssisələri tərəfindən internet resurslarından istifadə edərək onlayn qaydada şagirdlərin yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, müxtəlif yaradıcılıq işləri ilə motivasiya etmək üçün mütəmadi olaraq yaradıcılıq müsabiqələri, intellektual yarışlar, kitab mütaliələri, videodərslər, onlayn ekskursiyalar təşkil edilir.

Hazırda Uşaq-Gənclər Şahmat Məktəbi, Heydər Əliyev Uşaq-Gənc­lər Yaradıcılıq Mərkəzi, Turizm-Diyarşünaslıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi, Ekoloji Tərbiyə Mərkəzi, Uşaq-Gənclər İdman Məktəbində onlayn yay dərsləri və yarışlar təşkil edilir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR