04 Avqust 2020, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universiteti və Almaniyanın Brandenburq Universiteti Konservatoriyalarının birgə təşkilatçılığı ilə onlayn ustad dərsi keçilib. “Vyana klassiklərinin əsərlərinin müxtəlif interpretasiyaları” mövzusunda dərsi Brandenburq Universiteti Konservatoriyasının professoru, pianoçu Veronika Glemser keçib.
Universitetin rektoru Elbrus İsayev qonağı salamlayıb və ustad dərslərin keçilməsinin nəzəri və təcrübi əhəmiyyətini qeyd edib. Rektor universitetin İncəsənət fakültəsinin malik olduğu imkanlardan danışaraq diqqətə çatdırıb ki, fakültədə yaradılacaq elektron filarmoniya gələcəkdə bu cür onlayn tədbirlərin keçirilməsində faydalı olacaq.

Sonra almaniyalı professor Y. Hayd, V.A.Motsart və L.Bethovenin bir neçə sonatasının nümunəsində ştrixlər, nüanslar, temp, eyni zamanda obraz üzərində çalışmaq qaydalarını izah edib.
Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi İnara Məhərrəmova bildirib ki, fakültə özündə Musiqişünaslıq, Xalq çalğı alətləri ifaçılığı, İnstrumental ifaçılıq, Solooxuma, Bəstəkarlıq, Dirijorluq, Aktyor sənəti, Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Rəngkarlıq ixtisaslarını birləşdirir.
Müəllim və tələbələrin sualları cavablandırıldıqdan sonra Fortepiano kafedrasının müəllimi Ülvi Əhmədov IV kurs tələbəsi Səxavət Rəhimov ilə birgə Tofiq Quliyevin “Qaytağı” musiqisini ifa ediblər.
Sonda rektor almaniyalı pianoçuya onlayn dərsin keçilməsinə görə minnətdarlıq edib. Vurğulanıb ki, bu cür tədbirlərin keçirilməsi bir ənənə halını almalı, birgə fikir və təcrübə mübadiləsi aparılmalıdır.
Qeyd edək ki, ustad dərsində alman dilindən tərcüməni Naxçıvan Dövlət Universitetinin məzunu, Brandenburq Universitetinin tələbəsi Gülər Nuri edib.

Səadət Əliyeva

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR