04 Avqust 2020, Çərşənbə axşamı

Bu gün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul olunan bakalavrların qeydiyyatı başlayır.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qeydiyyat iyulun 15-dək davan edəcək. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Qeydiyyat üçün tələb olunan sənədlər:

- Diplom və diplom əlavəsinin əsli və notariat qaydasında təsdiq olunmuş surəti;

- Cari ildə məzun olan tələbələr bitirdikləri universitetdən bu barədə arayış;

- Şəxsiyyət vəsiqəsinin əsli və surəti;

- 3x4 sm ölçüdə 4 ədəd şəkil;

- Tərcümeyi-hal;

- Sağlamlıq haqqında tibbi arayış;

- Hərbi xidmətdə olanlar və ya möhlət hüququ olanlar - hərbi biletin əsli və surəti və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə;

- Elektron ərizəyə daxil olmaq üçün iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı.

Xatırladaq ki, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 3069 nəfəri dövlət sifarişi, 5255 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 5229 nəfəri ali təhsil müəssisələrinin cari, 3095 nəfəri isə əvvəlki illərin məzunudur.

 

 

 

 

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR