16 İyul 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın birinci instansiya məhkəmələrinin əməkdaşlarının iştirakı ilə onlayn seminar keçirilib.

Seminarı nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Səttar Zamanov açaraq qeyd edib ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada hər yarımildə bir dəfədən az olmayaraq məhkəmələr tərəfindən statistik hesabatlar tərtib edilir. Mövcud sahədə olan yenilikləri və bilikləri təkmilləşdirmək məqsədilə hər hesabat dövrünün sonunda nazirlik tərəfindən bu sahədə seminarlar təşkil olunur. Məhkəmə statistikası hesabat dövrü ərzində məhkəmələrin icraatında olan işlərin ümumiləşdirilməsinin aparılması, təhlil edilməsi və onların təsnifatının müəyyənləşdirilməsi nəzərdə tutulur.
Seminarda 2020-ci ilin birinci yarımilinin başa çatması, məhkəmə fəaliyyətinə dair statistik hesabatların tərtib edilməsi məqsədilə keçirilən onlayn seminarda məhkəmə fəaliyyətinə dair statistik hesabat formaları barədə ətraflı məlumat verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR