04 İyul 2020, Şənbə

Müasir tədris şəraiti ilə təmin olunmuş Naxçıvan Qızlar Liseyinə oxumaq üçün muxtar respublikanın müxtəlif rayon və kəndlərindən şagirdlər müraciət edirlər. Burada təlim ümumi orta və tam orta təhsil pillələrində aparılır.

Ümumtəhsil məktəbinin ibtidai təhsil pilləsini yaxşı və əla qiymətlərlə başa vuran qızların bu təhsil ocağına qəbulu hər tədris ilinin sonuna yaxın Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən seçmə üsulla, imtahan yolu ilə aparılır.
Dünən Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə 2020-2021-ci tədris ili üzrə liseyə qəbul imtahanı keçirilib. İmtahanda mayın 7-dən 29-dək aparılmış sənəd qəbulunda qeydiyyatdan keçmiş ümumtəhsil məktəblərinin IV sinfini bitirən 230 qız şagirdi iştirak edib. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 30, ingilis dili fənni üzrə isə 10 olmaqla, ümumilikdə, 70 sual təqdim edilib. Sualları cavablandırmaq üçün 150 dəqiqə vaxt verilib.
Ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul ediləcək və onlar V sinifdən Naxçıvan Qızlar Liseyində təhsil alacaqlar.
Qeyd edək ki, imtahanın təşkili və gedişi zamanı karantin rejiminin tələblərinə ciddi riayət olunub.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR