04 İyul 2020, Şənbə

Sabah orta məktəbləri bitirən XI sinif şagirdləri üçün virtual “Son zəng” keçiriləcək.

Bu barədə Təhsil nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. 

Virtual "Son zəng"də bütün bölgələrdəki məzunlarla himn oxunulacaq. Eyni zamanda son 3 ayda “Dərs vaxtı”nda iştirak edən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər. Virtual “Son zəng” 12 iyun saat 12:25-də İctimai televiziyada, 12:30-da “Mədəniyyət”, “ARB24”, “Real TV”, eləcə də Təhsil Nazirliyinin Facebook səhifəsində yayımlanacaq.  

Qeyd edək ki, 2019/2020-ci tədris ilində  XI sinfi bitirən şagirdlərin sayı 80646, IX sinfi bitirənlərin isə 119852 nəfərdir. 

Xatırladaq ki, Təhsil Nazirliyindən bildirilib ki, ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi davam etdiyindən ( 15 iyunadək ) bütün kütləvi tədbirlər kimi “Son zəng” tədbirinin də keçirilməsi nəzərdə tutulmur. Onlayn qaydada müxtəlif tədbirlər keçirilə bilər.

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR