04 İyul 2020, Şənbə

Ali təhsilin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu bu gün başa çatır.

İyunun 9-u saat 10.30-a olan məlumata görə I-IV ixtisas qrupları üzrə Azərbaycan və rus bölməsi üzrə ümumiliklə 72 min 68 abituriyent elektron ərizəsini təsdiq edib. Onlardan 65 min 975 nəfəri Azərbaycan, 6 min 93-ü isə rus bölməsi üzrə təhsil alanlardır.

Bundan başqa, V qrup üzrə qeydiyyatdan keçənlərin sayı 56 min 852 nəfərdir. Tam orta ixtisas təhsili üzrə isə bu rəqəm 59 min 777 nəfər təşkil edir.

Xatırladaq ki, abituriyentlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (bina haqqında məlumat buraxılış vərəqəsində göstərilib), özü ilə şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni gətirməlidirlər.

Sağlamlıq haqqında bəyannamə buraxılış vərəqəsi ilə bir yerdə çap edilir və abituriyentin özü tərəfindən imzalanır.

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR