27 Sentyabr 2020, Bazar

Türkiyənin Şanlıurfa şəhərində onlayn keçirilən Göbəklitəpə Beynəlxalq Sosial və Bəşəri Elmlər Konqresində AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Erkən Tunc dövründə Naxçıvanda dulusçuluq” mövzusunda məruzə ilə çıxış edib.

 AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən bildirilib ki, Toğrul Xəlilov çıxışında Naxçıvanın qədim sənətkarlıq sahələrindən olan dulusçuluq haqqında məlumat verib. Alim məruzəsində muxtar respublika ərazisində Erkən Tunc dövrü abidələrindən aşkar olunan keramika məmulatlarının müqayisəsini aparıb. O, Kür-Araz mədəniyyətinin əsas mərkəzlərindən biri olan Naxçıvanda bu mədəniyyətin formalaşması tarixinin qədim olduğunu qeyd edib.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, Türkiyənin Şanlıurfa şəhərinin düşmən işğalından azad edilməsinin 100 illiyinə həsr olunan tədbir Harran və İqtisad universitetlərinin birgə təşkilatçılığı ilə keçirilən konqresdə “Zoom” proqramı vasitəsilə bir sıra ölkələrin alim və mütəxəssisləri iştirak edib.

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR