27 Sentyabr 2020, Bazar

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçığı ilə Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Müəllimlər İnstitutunun kitabxana-informasiya ixtisası üzrə təhsil alan III kurs tələbələrinə “Çap əsərlərinin uçota alınması və onlara biblioqrafik təsvirin verilməsi” mövzusunda onlayn açıq dərs keçirilib.
Tədbirin moderatoru, kitabxananın direktoru Kamal Axundov adıçəkilən sərəncamın muxtar respublikanın ali və orta ixtisas təhsili müəsissələrində oxuyan gənclərimizin dərin elmi biliklərə yiyələnmələrində və onların seçdikdikləri ixtisarlar üzrə tam hazırlıqlı mütəxəsislər kimi yetişdirməsində böyük əhəmiyyətindən danışıb.
Kitabxananın şöbə müdiri Nüşabə Seyidova tələbələrə “Çap əsərlərinin uçota alınması və onlara biblioqrafik təsvirlərinin verilməsi” mövzusunda geniş mühazirə ilə çıxış edib.
Sonra mövzu ətrafında tələbələrlə geniş müzakirələr aparılıb və onları maraqlandıran suallar kitabxana əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR