13 İyul 2020, Bazar ertəsi

Moskvada “Azərbaycanlılar. XIX-XX əsrlərdə millətin formalaşmasının başlıca mərhələləri” kitabı çapdan çıxıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Aydın Balayevin kitabı Moskvanın “Flinta” nəşriyyatında Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci ildönümü münasibətilə dərc olunub.

Monoqrafiyada Cənubi Qafqazın ən çoxsaylı xalqı olan azərbaycanlıların əsrlər əvvəl bu torpaqlara köçməsi, Azərbaycan etnosunun formalaşması, XIX-XX əsrlərdə azərbaycanlıların həyatında baş verən mədəni-iqtisadi dəyişikliklər və digər mövzulara toxunulub.

Kitab həm tarixçilər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

 

 

 

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR