26 Sentyabr 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə onlayn seminar keçirilib.

İnstitutun rektoru Azad Novruzov seminarda çıxış edərək muxtar respublikamızda tələbə-gənclərin inkişafı üçün yaradılmış şəraitdən və həyata keçirilən tədbirlərdən danışıb. Rektor seminarın hami təşkilatla birlikdə görülmüş tədbirlərin məntiqi davamı kimi Təsviri incəsənət müəllimliyi ixtisası tələbələri üçün böyük əhəmiyyət daşıdığını və əməkdaşlığın bu ixtisasda oxuyan tələbələr üçün geniş imkanlar açdığını qeyd edib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva Naxçıvan Müəllimlər İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində Təsviri incəsənət müəllimliyi ixtisasında oxuyan tələbələrin aktiv fəaliyyətindən, istedadlı tələbələrin sərgilərinin təşkilindən, ustad dərslərin keçilməsindən, Gənc Rəssamlar Birliyinin yaradılmasında Naxçıvan Müəllimlər İnstitutunun rəssam tələbələrinin rolundan danışıb. Çıxışda hami təşkilat olaraq tələbələrin peşəkarlıqlarının artırılmasının bundan sonra da diqqətdə saxlanılacağı vurğulanıb.
Seminarda institutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyev, Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev və İncəsənət kafedrasının baş müəllimi Nizami Alıyev çıxış edərək təklifləri irəli sürüblər. Onlayn seminar Təsviri incəsənət müəllimliyi ixtisası tələbələri ilə diskussiya şəraitində davam etdirilib.

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR