14 İyul 2020, Çərşənbə axşamı

“Naxçıvan” Universitetinin professor-müəllim heyətinin innovasiya fəaliyyətinin daha da inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun baş mütəxəssisi, Təhsildə innovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin icraçı direktoru İsa Qasımovun təqdimatı ilə “Ali təhsil prosesində elmin kommersiyalaşdırılması və startap yanaşması” mövzusunda onlayn seminar keçirilib.

    Seminarı “Naxçıvan” Universitetinin Riyaziyyat və İnformatika kafedrasının baş müəllimi Şamil Hümbətov açaraq seminarın keçirilməsinin əhəmiyyətindən danışıb.

Daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun baş mütəxəssisi, Təhsildə innovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin icraçı direktoru İsa Qasımovun  “Ali təhsil prosesində elmin kommersiyalaşdırılması və startap yanaşması” mövzusunda çıxışı dinlənilib.

Bildirilib ki, son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın və əqli mülkiyyətin qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul edilmişdir. Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən bu qayğı, əslində dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə xidmət edən siyasətin tərkib hissəsidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi və elmi-mədəni inkişafı ilə sıx əlaqədədir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.

Startap layihələrin əhəmiyyətindən bəhs edən natiq  bu layihələrin gənclər arasında innovasiya sahibkarlığı yanaşmasının inkişaf etdirilməsinə, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına və onun reallaşdırılmasına töhfə verdiyini bildirib.

Seminar diskussiya şəraitində davam etdirilib və sonda  seminar iştirakçılarının  sualları cavablandırılıb.

 Seyfur Hacımuradov

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR