27 Sentyabr 2020, Bazar

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı, gənc yazar Nərgiz İsmayılovanın Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) EPIC layihəsinin iştirakçıları ilə görüşü olub.
Gənc alim aztəminatlı ailələrə və qaçqınlara sosial dəstək çərçivəsində təşkil olunan “Xərçəng xəstə­liyinin həyatımıza təsiri”, “Xərçəng xəstəliyinə dair yazılan kitablar” mövzularında vebinar keçib.

Vebinarda ağdamlı gənclərlə yanaşı, yaşlı nəslin nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) 2011-ci ildə yaradılıb. Cəmiyyət 1995-ci ildən Azərbaycanla sıx əməkdaşlıq edir. Ağdam üzrə Sosial Komponent layihə rəhbəri Məhbubə Musayeva, “Xərçəng xəstə­liyinin həyatımıza təsiri”, “Xərçəng xəstəliyinə dair yazılan kitablar” mövzularında layihə rəhbəri Əfsanə Əliyevadır.
Təlim əsnasında gənc yazarın xərçəng xəstələrinə dəstək üçün qələmə aldığı “Qardələn”, yeni kitabı “Metakədər” və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun görkəmli mütəfəkkir Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədilə imzaladığı 2018-ci il 29 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən Nərgiz İsmayılova tərəfindən tərcümə edilərək Azərbaycan ictimaiyyətinə təqdim olunan “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” əsəri də müzakirə olunub.
Sonda Nərgiz İsmayılova vebinar iştirakçılarının mövzuya və Naxçıvana dair suallarını cavablandırıb.

AMEA Naxçıvan Bölməsinin
Beynəlxalq əlaqələr və informasiya şöbəsi

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR