29 May 2020, Cümə

Naxçıvan Dövlət Universiteti Fizika-riyaziyat fakültəsinin Fizika laboratoriyasında onlayn təcrübələr aparılıb. Tədbirdə giriş sözü ilə çıxış edən Ümumi və nəzəri fizika kafedrasının müdiri, dosent Fərman Qocayev laboratoriyanın mövcud imkanlarını dəyərləndirib, aparılan təcrübələrin əhəmiyyətini qeyd edib. Bildirilib ki, təqdim edilən laboratoriya işlərinin ikisi mexanikaya biri isə elektrik maqnetizminə aiddir.

 

Mekanikaya aid olan ilk işi Ümumi nəzəri və fizika kafedrasının dosenti Aygün Sultanova aparıb. Təcrübədə riyazi rəqqas vasitəsilə sərbəstdüşmə təcili təyin edilib. Təcilin hansı parametrlərdən asılı olması haqda geniş məlumat verilib, sərbəstdüşmə təcilinin orta qiyməti təcrübi olaraq təyin edilib.

Həmin kafedranın laboratoriya müdiri Xuraman Məmmədovanın apardığı ikinci təcrübədə Artvud maşını vasitəsilə Nyutonun II qanunu yoxlanılıb.

Sonuncu təcrübədə kafedranın lobarantı Təranə Camalova Misin elektrokimyəvi ekvivalentini təyin edib.

Qeyd edək ki, tədbirdə orta ümumtəhsil məktəblərinin kimya müəllimləri, ali təhsil ocağının bu ixtisas üzrə  müəllim və tələbələri, magistrantlar, doktorantlar iştirak edib.

Səadət Əliyeva

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR