31 May 2020, Bazar

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin İqtisadiyyat ixtisasının tələbələri ilə “İdeyadan başlanğıca” devizi altında onlayn seminar keçirilib. Seminarda fakültənin dekanı Əşrəf Ələkbərov çıxış edərək bildirib ki, onlayn tədbirin əsas məqsədi tələbələrin startap layihələrinin hazırlanması və təqdimatı sahəsindəki bilik və bacarıqlarını daha da artırmaqdan ibarətdir.

Sonra nazirliyin əməkdaşı Mehparə Məmmədova “Startap layihələrinin hazırlanması və təqdimatında biznes planların əhəmiyyəti, tərtibolunma qaydaları və biznes-plan nümunəsi” mövzusunda slayd materiallar vasitəsilə tələbələrə geniş məlumat verib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR