06 İyun 2020, Şənbə

Naxçıvan Dövlət Universitetində 2019-2020-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş onlayn universitet elmi konfransı keçirilib. 800-ə yaxın müəlim və tələbənin qoşulduğu plenar iclası universitetin rektoru Elbrus İsayev açaraq TEC-i gələcəyin magistrlərinin, elmi tədqiqatçılarının yetişməsində, təşkilatın tələbələrin elmi fəallığı və dünyagörüşünün artırılmasında mühüm rol oynayan bir təşkilat kimi səciyyələndirib. Vurğulanıb ki, düzgün qiymətləndirilən ən  yaxşı TEC işi kütləvi informasiya vasitələrində və universitetin Elmi əsərlər jurnalında dərc olunmaq üçün göndərilməlidir.

“2019-2020-ci tədris ili üçün TEC-in yekun hesabatı və qarşıda duran vəzifələr haqqında” məruzə edən universitet TEC-in sədri, Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə  V kurs tələbəsi, Prezident təqaüdçüsü Bətulə Əlizadə bildirib ki,  TEC-in başlıca vəzifəsi tələbələrdə elmə olan marağı düzgün istiqamətləndirmək və inkişaf dirməkdən ibarətdir. Vurğulanıb ki, hər zaman olduğu kimi cari tədris ilində də təşkilatın iş planının tərtib olunması və tələbələrlə əlaqələrin gücləndirilməsi kimi məsələlərin həllinə baxılıb, fakültələr üzrə cəmiyyətin sədrləri tələbələrlə xüsusi iş aparıb. Qeyd edilib ki, TEC xətti ilə 366 tələbə elmi-tədqiqat işi yazıb.           

Tibbi profilaktika ixtisası üzrə IV kurs tələbəsi Sürəyya Pərvəreşin “Aspartam”,  Dünya iqtisadiyyatı ixtisası üzrə II kurs tələbəsi Səma Bayramovanın “Naxçıvan Muxtar Respublikasının turizm potensialı”, Energetika ixtisası üzrə III kurs tələbəsi Arif Qurbanovun “Komputer rəqəm idarə etməsi” adlı çıxışları dinlənilib.    

 Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalovun elmi rəhbər olduğu “Komputer rəqəm idarə etməsi” mövzusu təcrübi əhəmiyyəti ilə xüsusilə seçilib. Yaradılan kompüter-avtomatik idaretmə qurğusuqusu vasitəsilə hər hansı obyektin təsvirini yaratmaq mümkündür. Kompüter vasitəsilə təyin olunan kodlar bu qurğuya göndərilir və həmin kodlar əsasında obyektin vizual təsviri alınır.    

 Konfrans 10 bölmə üzrə işini davam etdirib. Tələbələrin  məruzələri dinlənilib, elmi məqalələr müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etməklə, detalları: cədvəllər, şəkillər, diaqramlar əyani şəkildə, təfsilatı ilə iştirakçılara təqdim olunub. Sonra  müzakirələr aparılıb

 Səadət ƏLİYEVA

 

 

 

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR