07 İyun 2020, Bazar

“Naxçıvan” Universitetinin İdarəetmə kafedrasının təşkilatçılığı ilə “Biznes mühiti və insan kapitalı” mövzusunda keçirilən onlayn elmipraktik konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açıb.

Bildirilib ki, mövcud vəziyyətlə əlaqədar olaraq universitetdə tədrisin təşkili onlayn formada günün tələblərinə uyğun olaraq yüksək səviyyədə aparılır. Müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Funksional imkanları elm və təhsilin ictimai həyatın ən müxtəlif sahələrində tətbiqi yolu ilə gerçəkləşdirilən bu əvəzsiz kapital hazırkı mərhələdə fərd və ictimai toplumların, geniş mənada, xalqların gələcək inkişafının, yaşayış səviyyəsinin, habelə qazandığı nailiyyətlərin rəhni kimi çıxış edir.

Sonra İdarəetmə kafedrasının müəllimi, dosent Mehriban İmanovanın, İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədovun, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı Qənbər Xudiyevin və universitetin Maliyyə ixtisası üzrə II kurs tələbəsi Rübabə Məmmədovanın çıxışları dinlənilib.

Çıxışlarda vurğulanıb ki, insan kapitalı öz mahiyyəti etibarilə insanda bilik və bacarıqların artırılması sayəsində mövcud ehtiyatlardan daha faydalı istifadəni, hətta istehsal imkanlarının məhdudluğu şəraitində daha yüksək nəticələrə nail olunmasını şərtləndirir. İnsan kapitalı iqtisadi imkanlara deyil, əqli imkanlara görə daha çox məhsul və nemət istehsal etməyə qadirdir. Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.

Seyfur Hacımuradov

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR