07 İyun 2020, Bazar

Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakultəsinin Kimya laboratoriyasında onlayn təcrübə keçirilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, orta ümumtəhsil məktəblərinin kimya müəllimləri, ali təhsil ocağının bu ixtisas üzrə  müəllim və tələbələri, magistrant və doktorantlarını iştirak etdiyi təcrübələr universitetin ixtisaslı müəllimləri tərəfindən həyata keçirilib.

 

Orta məktəb kimya fənn proqramına uyğun şəkildə təşkil olunan təcrübələr məktəblərin laboratoriya imkanlarına uyğun aparılıb, müəllim və tələbələr  üçün aydın və izahlı şəkildə təqdim olunub. Universitetin müəllimləri Sevinc Kərimova “Kimyəvi reaksiyanın əlamətləri, Sulfat ionunun təyini”, İsgəndər Mehdiyev “Hidrogenin alınması, nitratların termiki parçalanması, kalium-permanqanatın oksidləşdirici xassələri”, Pərvin Quliyev “Yodoformun alınması, dəmir-III kationlarının təyini, toluolun oksidləşməsi” adlı təcrübələr aparıblar. 

Universitetin rektoru Elbrus İsayev ali təhsil ocağının laboratoriya imkanlarından, burada keçirilən təcrübələrin əhəmiyyətindən danışıb. Təhsil nazirliyi ilə birgə təşkil edilən bu cür tədbirlərin ilk olmadığını diqqətə çatdırıb. Qeyd edilib ki, aparılan təcrübələr mövcud durumda belə tələbələrin dərslərdən geri qalmamaları üçün təşkil edilir. Vurğulanıb ki, laboratoriyada qurulan müasir avadanlıqlar elmi-tədqiqat işlərinin aparılması üçün də müstəsna əhəmiyyətə malikdir. Rektor yaradılan imkanları xüsusilə dəyərləndirib və gələcəkdə bu kimi tədbirlərin davamlı olmasını diqqətə çatdırıb.

Səadət Əliyeva

  

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR