30 May 2020, Şənbə

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin mayın 12-dən başlanan sənəd qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən   bildirilib ki, abituriyentlərin sənəd qəbulu onlayn şəkildə iyunun 5-dək aparılacaq. Bu gün saat 16:25-ə olan məlumata görə, I-IV ixtisas qrupları üzrə 12 min 116 abituriyent qeydiyyatdan keçib.

Xatırladaq ki, qəbul imtahanlarının iyulun 20-dən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər, eyni zamanda, V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR