06 İyun 2020, Şənbə

Dünən Cek Londonun “Həyat eşqi” kitabının onlayn müzakirəsi keçirilib. Müzakirə zamanı Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə elmlər doktoru, dosent Sevinc Abbasova çıxış edərək gənclərə mütaliənin faydaları haqqında məlumat verib, mədəni səviyyənin yüksəldilməsinin mütaliədən keçdiyini bildirib.

Cek Londonun həyatı və həyat uğrunda apardığı mübarizə barədə gənclərə ətraflı məlumat verən Sevinc Abbasova “Həyat eşqi” kitabından bəhs edərək bildirmişdir ki, əsərdə sağ qalmaq uğrunda mübarizə mükəmməl təsvir olunub. Həyatın, əslində, çox dəyərli olduğu göstərilib. Cek London bu hekayə ilə nəyin bahasına olursa-olsun, insanı yaşamağa səsləyir, ona həyat sevinci bəxş edir. Hekayədə səfərə çıxan iki yoldaşdan biri o birinin dumanda itdiyini zənn edir. Ancaq əslində o, heç də itməmiş, öz yoldaşını atıb getmişdi. Təkbaşına qalan yoldaşı isə böyük mücadilə ilə sağ qalmağa çalışır, sözün əsl mənasında, həyatla savaşa çıxır. Bəlkə də, yoldaşı onu atmasa və təkbaşına qalmasa idi, məhv ­olmazdı.
Müzakirə əsnasında gənclər də öz fikirlərini bildirmiş və onları maraqlandıran suallar cavablandırılmışdır. 15 gəncin iştirak etdiyi onlayn müzakirə Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR